Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

İlham Əliyevin İranla bağlı fikirləri dünya mediasında

İlham Əliyevin İranla bağlı fikirləri dünya mediasında

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın bir sıra media qurumları İranın pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumları ilə bağlı Prezident İlham Əliyevin sərt reaksiyasını geniş işıqlandırıb.

Lent.az xəbər verir ki, bir sıra nüfuzlu beynəlxalq informasiya agentlikləri və qəzetlər, xəbər saytları və portallar Azərbaycan rəhbərinin hadisəni “terror aktı” kimi qiymətləndirdiyini və rəsmi Bakının cavab tədbirləri hazırladığını diqqətə çatdırıblar.

“Reuters” agentliyi yazır ki, İran istiqamətindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə kənd məktəbinin yaxınlığına düşüb. Agentliyin məlumatına görə, Azərbaycan rəsmiləri hadisə ilə bağlı araşdırma aparır və təhlükəsizlik tədbirləri gücləndirilib. Həmçinin qeyd edilib ki, hücum nəticəsində mülki infrastruktura ziyan dəyib və yaralılar var. Yazıda Prezident İlham Əliyevdən sitatlar yer alıb. “Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”, - deyə Azərbaycan Prezidenti bildirib.

Almaniyanın “Spiegel”, “Zeit”, “Handelsblatt”, “Tagesspiegel”, “Bild”, “Berliner Zeitung” qəzet və jurnalları, “Tagesschau” və “Welt” telekanalları, eləcə də digər media qurumları bu barədə silsilə xəbərlər yayımlayıb. Xəbərlərdə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında aeroportun, məktəb binasının və digər mülki obyektlərin dron hücuma məruz qaldığı vurğulanaraq, bu hücumun Azərbaycan tərəfindən sərt şəkildə pisləndiyi, İran səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib. Məsələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirildiyi, dövlətimizin başçısının göstərişi ilə Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığına gətirildiyi bildirilib.

“Tagesspiegel” qəzeti İran müharibəsinin getdikcə daha çox ölkəyə yayıldığını qeyd edərək, PUA-ların Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində hava limanı yaxınlığında və bir məktəbin yaxınlığında düşdüyünü yazıb. Azərbaycanın bu iyrənc terror aktına görə cavab tədbirləri görəcəyini açıqladığı, Prezident İlham Əliyevin göstərişi ilə Silahlı Qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyi qeyd olunub.

“Zeit” nəşrinin yaydığı xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin pilotsuz uçuş aparatlarının Naxçıvan Muxtar Respublikasına hücumundan sonra ölkənin Silahlı Qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirdiyini qeyd edərək, Azərbaycan Prezidentinin ordumuzun istənilən əməliyyata hazır olması barədə fikrini diqqətə çatdırıb.

Türkiyənin aparıcı televiziya kanalları, informasiya agentlikləri, çap mediası və xəbər saytları, o cümlədən “TRTHaber”, “CNNTürk”, “Habertürk”, “HaberGlobal”, “Sabah”, “Hürriyyet”, “Milliyyet”, “Star” və digər media qurumları Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını və İran tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktını geniş işıqlandırıb. Qardaş ölkənin mediası Prezident İlham Əliyevin fikirlərindən sitat gətirib. Qeyd olunur ki, Azərbaycan Prezidenti atəşin hədəflərinin mülki obyektlər olduğunu bildirib. Həmçinin vurğulanır ki, Azərbaycan Prezidenti İrandan rəsmi üzr tələb edib və orduya cavab tədbirləri hazırlamaq tapşırığı verib.

“Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin”, – deyə Türkiyə mediası Prezident İlham Əliyevin sözlərindən sitat gətirib.

Çin mediası İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumu və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında söylədiyi fikirlər barədə xəbərlər yayıb. Çinin milli xəbər agentliyi “Sinxua”nın, Çin Mərkəzi Televiziyasının, Çin Xəbər Xidmətinin internet səhifələrində, digər xəbər portallarında mövzu ilə bağlı informasiyalar yerləşdirilib.

Çin mediası yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın dronlar vasitəsilə Azərbaycana qarşı terror aktı törətdiyini deyib. “Əliyev vurğulayıb ki, İran rəsmiləri Azərbaycana izahat verməli və üzr istəməlidir. Prezident Əliyev bildirib ki, Azərbaycan İrana qarşı əməliyyatlarda heç vaxt iştirak etməyib və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Azərbaycanın qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağı var, nə də siyasəti buna imkan verir”, - deyə Çin mediası yazır.

ABŞ-nin aparıcı media orqanları da İrana məxsus dronların Naxçıvana hücumu və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlərə geniş yer verib. CNN yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dron hücumlarını terror aktı və çirkin əməl adlandırıb.

“Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir” - deyə CNN Prezident İlham Əliyevin fikirlərinə istinad edərək yazıb.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin göstərişi ilə Silahlı Qüvvələrə təlimat verilib ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.

“Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək” - deyə yazıda Prezident İlham Əliyevin fikirləri qeyd olunub.

“Associated Press” Prezident İlham Əliyevin İranı terrorda və təcavüz aktında günahlandırdığını yazıb. Qeyd olunub ki, Azərbaycan Ordusuna cavab tədbirləri görməyə hazırlaşmaq əmri verilib.

“ABC News”, “CBS News”, “Fox News” və digər aparıcı media orqanları mövzunu günün əsas xəbəri kimi işıqlandırıb.

Fransanın “France24”, “Le Monde” və digər media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin hadisə ilə bağlı bəyanatını geniş işıqlandırıblar.

Həmin nəşrlərin məlumatına görə, Prezident İlham Əliyev İranın bu addımını “Azərbaycan dövlətinə qarşı terror aktı” adlandırıb və Tehranın bu hadisəyə görə məsuliyyət daşıdığını bildirib. “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir”, - deyə Azərbaycan Prezidentinin fikirlərindən sitat gətirilib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinə cavab tədbirləri hazırlamaq və onları həyata keçirmək barədə göstəriş verilib. Prezident İlham Əliyev deyib ki, Azərbaycan Silahlı Qüvvələri bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı həyata keçirməyə hazır olmalıdır.

Bəzi beynəlxalq media qurumları dövlətimizin başçısının digər mühüm sitatlarına yer veriblər. Prezident İlham Əliyev qeyd edib ki, İran bu hücuma görə rəsmi şəkildə üzr istəməli və məsul şəxslər məsuliyyətə cəlb olunmalıdır.

“Channel News Asia”, “UPI”, “The Canberra Times”, “Eurasianet”, “Devdiscourse” və digər beynəlxalq media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasında səsləndirdiyi bəyanatını geniş işıqlandırıblar.

“Intellinews”, “OC Media”, “Times of Israel”, “Middle East Eye”, “News24”, “Daily Mail”, “The New Region” və digər media platformaları da Prezident İlham Əliyevin çıxışına istinad edərək Azərbaycanın təhlükəsizlik qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini yazıblar.

Bəzi nəşrlər, o cümlədən “TimesCA”, “Orlando Sentinel”, “20 Minutos” və “Independent” hadisənin regionda gərginliyi artırdığını qeyd edərək Azərbaycanın mümkün cavab addımları üzərində işlədiyini bildiriblər.

Rusiyanın “RBC”, “Vedomosti”, “RIA Novosti”, “Interfax”, “Komsomolskaya Pravda”, “Lenta.ru”, “Meduza”, “Rossijskaya qazeta” və digər informasiya resursları da Prezident İlham Əliyevin bəyanatına geniş yer ayıraraq onun İranın hücumunu terror aktı kimi qiymətləndirdiyini və Azərbaycan Ordusunun yüksək hazırlıq vəziyyətinə gətirildiyini qeyd ediblər.

Rumıniyanın bir sıra aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin İranın dron hücumları ilə bağlı Təhlükəsizlik Şurasının iclasındakı çıxışını və regionda yaranmış təhlükəsizlik vəziyyətini geniş şəkildə işıqlandırıb. Nəşrlərdə Prezident İlham Əliyevin Azərbaycanın suverenliyinə qarşı yönəlmiş hər hansı təhdidə qəti cavab veriləcəyi barədə mövqeyi xüsusi vurğulanıb. “News.ro” Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumu terror aktı kimi qiymətləndirdiyini və bu hadisəyə görə Tehranın məsuliyyət daşıdığını bildirdiyini yazıb. Rumıniyanın analitik nəşrlərindən olan “Newsweek Romania” isə yazır ki, Azərbaycan rəhbərliyi ölkənin təhlükəsizliyini təmin etmək üçün zəruri addımlar atmağa hazır olduğunu bildirib. Rumıniyanın dövlət radiosuna bağlı analitik platforma olan “Rador” xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin təhlükəsizliyinə qarşı yönəlmiş istənilən addıma adekvat cavab veriləcəyini bildirib. “Gandul” xəbər prtalı isə yazır ki, Prezident İlham Əliyev İranı Azərbaycan dövlətinə qarşı terror aktı törətməkdə ittiham edib.

“Euronews Romania” isə dron hücumu nəticəsində bir neçə nəfərin yaralandığını və pilotsuz aparatların birinin aeroport yaxınlığında partladığına vurğulayıb. Nəşrin məlumatına görə, Prezident İlham Əliyev bu hücumu Azərbaycan dövlətinə qarşı düşmənçilik aktı kimi qiymətləndirib və məsul şəxslərin müəyyən edilərək cavab verməli olduğunu bildirib.

Bir sıra beynəlxalq media qurumları Prezident İlham Əliyevin digər mühüm mesajını da diqqətə çatdırıblar. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan heç vaxt İran əleyhinə hərbi əməliyyatlarda iştirak etməyib və etməyəcək, lakin ölkənin suverenliyinə və təhlükəsizliyinə qarşı hər hansı hücum qətiyyətlə cavablandırılacaq.

Yunanıstan mediası da Prezident İlham Əliyevin fikirlərinə geniş yer ayırıb.

Yunanıstanın dövlət televiziya və xəbər platforması "ERT News" yazır ki, Prezident İlham Əliyev Azərbaycanın ərazisinə edilən dron hücumunu İran tərəfindən həyata keçirilmiş terror aktı kimi qiymətləndirib.

Nəşr qeyd edir ki, pilotsuz uçuş aparatlarından biri Azərbaycan ərazisində yerləşən obyektlərdən birinə düşüb və hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Məqalədə Prezident İlham Əliyevin bu hadisənin ciddi təhlükəsizlik insidenti olduğunu bildirdiyi və İranın məsuliyyət daşımalı olduğunu vurğuladığı qeyd edilir.

"SKAI" yazır ki, Prezident İlham Əliyev İranın Azərbaycana qarşı terror aktı törətdiyini bəyan edib. Azərbaycan lideri rəsmi Tehranın baş verən hadisə ilə bağlı izahat verməli olduğunu bildirib və belə hücumların regionda sabitliyə ciddi təhlükə yaratdığını qeyd edib.

"CNN Greece" qeyd edir ki, Prezident İlham Əliyev İranın bu terror aktının ciddi nəticələrinin ola biləcəyini bildirib. Rəsmi Bakı hadisə ilə bağlı İran tərəfinin məsuliyyətini gündəmə gətirib və Tehrandan rəsmi açıqlama tələb edib.

"Capital.gr" portalında yayımlanan xəbərdə qeyd olunur ki, hadisədən sonra Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Azərbaycan rəhbərliyi ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdidə operativ cavab verməyə hazırdır və vəziyyət diqqətlə izlənilir.

"Liberal.gr" bildirir ki, Prezident İlham Əliyev Azərbaycan Ordusuna mümkün cavab tədbirlərinə hazırlaşmaq barədə göstəriş verib. Nəşr qeyd edir ki, Azərbaycan rəhbərliyi baş verən hadisəni ölkənin təhlükəsizliyinə qarşı ciddi təhdid kimi qiymətləndirir və vəziyyətin inkişafını diqqətlə izləyir.

"Kanaliena" yazır ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı İranın rəsmi izahat verməli olduğunu və hadisənin bütün təfərrüatlarının araşdırılacağını bildirib.

Dövlətimizin başçısının çıxışı Gürcüstan mediasının da diqqət mərkəzində olub.

“interpressnews.ge”, “imedinews.ge”, “bpn.ge”, “1tv.ge”, “radiotavisupleba.ge”, “qafqazturk.com”, “aktual.ge”, “interpress.ge”, “24news.ge”, “rustavi2.ge”, “palitranews.ge” informasiya portalları, radio və televiziyaları Prezident İlham Əliyevin İran tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisinə dron hücumlarını qətiyyətlə pislədiyini bildirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:512
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Mart 2026 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see342

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see305

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see281

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see278

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see275

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see259

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see257

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see256

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see255

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see254

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see247

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see240

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see236

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see235

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see234

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see225

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see218

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see203

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see198

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri