Icma.az
close
up
RU
İlham Əliyevin iştirak etdiyi sammitə başqa hansı liderlər qatıldı? SİYAHI

İlham Əliyevin iştirak etdiyi sammitə başqa hansı liderlər qatıldı? SİYAHI

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çinin Tyanjin şəhərində avqustun 31-dən sentyabrın 1-dək keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti bu il xüsusilə diqqət çəkir.

Modern.az xəbər verir ki, tədbirə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan da daxil olmaqla, 20-dən çox ölkənin lideri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb.

Kimlər iştirak edir?

Sammitdə ŞƏT üzv dövlətlərinin rəhbərləri ilə yanaşı, müşahidəçi və dialoq tərəfdaşları da təmsil olunur:

Rusiya – Vladimir Putin Hindistan – Narendra Modi İran – Masud Pezeşkiyan Pakistan – Şahbaz Şərif Belarus – Aleksandr Lukaşenko Qazaxıstan – Kasım-Jomart Tokayev Özbəkistan – Şavkat Mirziyoyev Qırğızıstan – Sadır Japarov Tacikistan – Emoməli Rəhmon Türkiyə – Rəcəb Tayyib Ərdoğan Myanma – Min Aun Hlainq (hərbi rəhbər) Nepal – K.P. Şarma Oli İndoneziya – Prabovo Subianto Malayziya – Anvar İbrahim Maldivlər – Məhəmməd Muizzu

Beynəlxalq təşkilat rəhbərləri sırasında isə BMT Baş katibi Antonio Quterreş və ASEAN Baş katibi Kao Kim Hourn yer alır.

Sammitin əhəmiyyəti ondan ibarətdir ki, qlobal gərginliklərin artdığı bir vaxtda təşkil olunub. Müzakirələr əsasən bir neçə mühüm istiqaməti əhatə edəcək. İlk növbədə, dünyada iqtisadi böhran və ticarət müharibələri diqqətə alınır. ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yüksək tariflər Hindistan, Çin və digər ölkələrə təsir göstərdiyindən, ölkələr yeni bazarlar və əməkdaşlıq imkanları axtarmağa çalışır.

Digər mühüm mövzu regional təhlükəsizliklə bağlıdır. Ukraynada müharibə, Qəzzadakı vəziyyət, Cənubi Asiyada terrorizm və sərhəd problemləri gündəmin ön sırasındadır. Çin və Rusiya isə “bölünməz təhlükəsizlik” ideyasını irəli sürərək, NATO-nun yanaşmasına alternativ təklif edirlər.

Sammitdə enerji və nəqliyyat dəhlizləri də müzakirə olunacaq. Orta Asiya ilə Cənubi Qafqazı birləşdirən layihələr – Zəngəzur dəhlizi, Transxəzər marşrutu kimi yollar iqtisadi əməkdaşlıq baxımından ön plana çıxır. Azərbaycan və Ermənistan liderlərinin iştirakı fonunda bölgədə yeni kommunikasiya xətlərinin açılması və sülhün iqtisadi tərəfləri ayrıca diqqət çəkir.

Eyni zamanda, tədbir çoxqütblü dünyanın formalaşması və yeni diplomatik əməkdaşlıqlar baxımından da əhəmiyyətlidir. Çin özünü Qlobal Cənubun lideri kimi təqdim etməyə çalışır, ŞƏT-in BRICS və digər qurumlarla əməkdaşlıq imkanları müzakirəyə çıxarılır.

Sammitin diqqət çəkən məqamlarından biri də liderlərin ikitərəfli görüşləridir. İlham Əliyev və Nikol Paşinyanın da sammit kənarında qısa təmaslarının mümkünlüyü istisna edilmir.

Qeyd edək ki, sammitin ardınca Çin sentyabrın 3-də II Dünya Müharibəsinin sonu ilə bağlı hərbi parad keçirəcək. Bir çox liderlərin, o cümlədən Putin və Ərdoğanın Pekində bu tədbirdə iştirak edəcəyi gözlənilir. Bu da Pekinin “qlobal güc mərkəzi” imicini gücləndirmək məqsədi daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Avqust 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri