Icma.az
close
up
RU
İlham Əliyevin səfəri Türk dünyasında yeni əməkdaşlıq mərhələsi açdı POLİTOLOQ ŞƏRH ETDİ

İlham Əliyevin səfəri Türk dünyasında yeni əməkdaşlıq mərhələsi açdı POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Prezident İlham Əliyevin Qazaxıstana səfəri təkcə iki ölkə arasında strateji əməkdaşlığın möhkəmlənməsi deyil, həm də Türk dünyasında siyasi, iqtisadi və mədəni inteqrasiyanın dərinləşməsi baxımından mühüm dönüş nöqtəsidir. Bu səfər bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan regional proseslərdə paralel siyasi xətt yürüdən, ortaq maraqlara və qarşılıqlı etimada əsaslanan iki aparıcı dövlətdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Qazaxıstan əlaqələri tarixi köklərə, ortaq etnik, dini və mədəni dəyərlərə söykənir. Son illərdə bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Astanaya səfəri zamanı gündəlikdə duran məsələlər - enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, yaşıl iqtisadiyyat və humanitar əməkdaşlıq - iki ölkənin gələcək onilliklər üçün iqtisadi gündəliyini müəyyən edir: "Xüsusilə, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi bu səfərin əsas strateji mövzularından biri kimi ön plana çıxır. Azərbaycan və Qazaxıstan bu layihənin mərkəzi oyunçularıdır və bu dəhliz Avropanı Asiya ilə birləşdirən ən etibarlı, dayanıqlı marşrutlardan birinə çevrilməkdədir. Prezident İlham Əliyevin səfəri nəticəsində bu istiqamətdə yeni texnoloji və infrastruktur əməkdaşlıqlarının yaranması gözlənilir ki, bu da regionun nəqliyyat xəritəsini yenidən formalaşdıra bilər. Siyasi aspektdən isə bu səfər Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində həmrəyliyin, ortaq qərarvermə mədəniyyətinin və koordinasiyanın gücləndirilməsinə xidmət edir. Azərbaycan və Qazaxıstanın liderləri - İlham Əliyev və Kasım-Jomart Tokayev - Türk dünyasında praqmatik siyasətin, qarşılıqlı hörmətin və balanslaşdırılmış diplomatiyanın əsas dayaqları hesab olunurlar. Onların təşəbbüsləri sayəsində TDT artıq sadəcə mədəni platforma deyil, real siyasi və iqtisadi mexanizmlərə malik bir təşkilata çevrilir.

Bu səfər həm də Türk dünyasının beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Artıq regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat kommunikasiyalarında Türk dövlətlərinin rolu danılmaz reallığa çevrilib. Prezident İlham Əliyevin Qazaxıstana səfəri, əslində, bu reallığın siyasi təsdiqi kimi qiymətləndirilməlidir. Bu səfər Azərbaycan-Qazaxıstan münasibətlərini yeni mərhələyə daşımaqla yanaşı, Türk dünyasının birliyinə, iqtisadi əməkdaşlığın güclənməsinə və ortaq geosiyasi maraqların müdafiəsinə də ciddi impuls verir. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan bu prosesdə lokomotiv rolunu oynayır və Türk dünyasının qlobal güc mərkəzinə çevrilməsi istiqamətində mühüm töhfələr verir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri