İlham Əliyevin tələbi ilə bağlı sürpriz mesaj: Paşinyan açıq danışdı Yeni Sabah
Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.
Baş nazir Nikol Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini ləğv etməyə hazırlaşır.
Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Past” yazır.
“Paşinyanın parlamentin tribunasından verdiyi son bəyanat Ermənistanın Müstəqillik Bəyannaməsinin ləğvinə dairdir.
Baş nazir çıxışında bildirib:
“Son illərdə bizim Müstəqillik Bəyannaməsini on dəfələrlə oxudum və belə bir dəhşətli nəticəyə gəldim ki, Müstəqillik Bəyannaməsinin məzmunu Ermənistan Respublikasının mövcudluğunun əleyhinədir. Bu, bizim ən böyük problemimiz və faciəmizdir”.
Müstəqillik Bəyannaməsinin bu açıq şəkildə rədd edilməsi nə deməkdir? Bu, hər şeydən əvvəl o deməkdir ki, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqillik Bəyannaməsinə preambula istinadını Ermənistan Konstitusiyasından çıxarılması tələbinə tam sadiqdir. Başqa sözlə, Paşinyan Müstəqillik Bəyannaməsini ləğv etməyə hazırlaşdığını açıq şəkildə bəyan elədi”, - nəşr bildirir.
Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Rəsmi Bakı yekun sülh müqaviləsinə əngəl olduğu üçün bu istinadın Konstitusiyadan çıxarılmasını tələb edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 16 Noyabr 2024 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















