Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İlham Əliyevin “Türk dünyası ailəmizdir” kəlamı siyasi reallığa çevrilir

İlham Əliyevin “Türk dünyası ailəmizdir” kəlamı siyasi reallığa çevrilir

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə imzalanan sənədlər iki ölkə arasında münasibətlərin strateji və müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir.

Sənədlər iqtisadiyyat, energetika, nəqliyyat, kibertəhlükəsizlik, maliyyə bazarları və şəhərlərarası qardaşlaşma kimi geniş sahələri əhatə edir. Bu əməkdaşlıq Türk dünyasında inteqrasiyanın dərinləşməsi və regional əlaqələrin güclənməsi baxımından mühüm geosiyasi əhəmiyyət daşıyır.

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi Türk Dövlətləri Təşkilatının gələcəkdə siyasi və iqtisadi birlik modelinə çevrilməsi üçün hansı yeni imkanları və çağırışları yarada bilər? Və ölkələrarası münasibətlərin bu səviyyəyə yüksəlməsi Türk dünyasında ortaq təhlükəsizlik, nəqliyyat və enerji siyasətinin formalaşmasına necə təsir göstərə bilər?

Milli Məclisin deputatı Musa Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin bir neçə il əvvəl söylədiyi “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” kəlamı artıq siyasi aforizmə çevrilib və həyatda da öz təsdiqini tapmaqdadır. Azərbaycan–Qırğızıstan münasibətlərinin yeni səviyyəyə qalxması, Prezident İlham Əliyevin Qırğızıstana səfəri, Azərbaycanın Mərkəzi Asiya respublikalarının qeyri-rəsmi Məşvərət Toplantısında iştirakı, həmçinin Qırğızıstanla Azərbaycan arasında yeni sənədlərin imzalanması bunun əyani göstəricisidir.

Deputatın fikrincə, bu münasibətlər artıq strateji əməkdaşlıq səviyyəsindən müttəfiqlik münasibətləri səviyyəsinə yüksəlir. Bu, həm Azərbaycan, həm də Qırğızıstan üçün böyük tarixi nailiyyətdir və münasibətlərimizin bundan sonra da artan xətt üzrə inkişaf etməsində, daha yüksək platformaya yüksəlməsində mühüm rol oynayacaq.

“Ümumiyyətlə, son beş ildə Azərbaycan və Qırğızıstan rəhbərləri arasında 13-dən çox görüş keçirilib və bu səfər artıq onların 14-cü rəsmi görüşüdür. Bu görüşlərin və səfərlərin hər birində tarixi əhəmiyyətli sənədlər imzalanıb, mühüm layihələr və fəaliyyətlər həyata keçirilib.

Azərbaycan və Qırğızıstan arasında Dövlətlərarası Şuranın yaradılması dövlət siyasətlərinin əlaqələndirilməsi və inteqrasiyası baxımından çox böyük əhəmiyyət daşıyır. Bununla yanaşı, Hökumətlərarası Komissiyanın yaradılması, onun iclaslarının həm Bakıda, həm də Bişkekdə keçirilməsi iqtisadi və humanitar əlaqələrimizin möhkəmlənməsinə ciddi təsir göstərib.

Qırğızıstanın paytaxtı Bişkekdə böyük şairimiz Nizami Gəncəvinin və ulu öndər Heydər Əliyevin adını daşıyan məktəblərin açılması, Qırğızıstan–Azərbaycan Dostluq Parkının yaradılması, eləcə də yaxın günlərdə açılışını görəcəyimiz və qeyd edəcəyimiz İssık-Kul gölü sahilində Azərbaycan tərəfindən inşa edilmiş böyük hotel kompleksinin istifadəyə verilməsi münasibətlərimizin humanitar və iqtisadi əsaslarını daha da gücləndirir.

Bununla yanaşı, Qırğızıstan tərəfindən Ağdam rayonunun Xıdırlı kəndində orta məktəbin tikilməsi, türk xalqlarının böyük yazıçısı və mütəfəkkiri Çingiz Aytmatovun Bakıda abidəsinin ucaldılması, onun adına küçənin verilməsi, şəhərlərimiz arasında qardaşlaşma münasibətlərinin qurulması Azərbaycan–Qırğızıstan əlaqələrini daha da möhkəmləndirir və onları yeni mərhələyə daşıyır”, – deyə deputat bildirib.

Musa Quliyev xatırladıb ki, Azərbaycan və Qırğızıstan arasında birbaşa hava nəqliyyatı əlaqəsinin açılması, həmçinin Orta Dəhliz layihəsinə Qırğızıstanın qoşulması iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Xəzər dənizinə qədər uzanması və sonradan Orta Dəhlizə inteqrasiya olunması Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə nəqliyyat, logistika və ticarət əlaqələrini daha yüksək səviyyəyə qaldıracaq.

“Bütövlükdə götürdükdə, Azərbaycan–Qırğızıstan münasibətləri Prezident İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun səyləri nəticəsində ən yüksək mərhələyə yüksəlib. Bu münasibətlər həm humanitar və mədəni, həm iqtisadi, həm də siyasi platformalarda öz əksini tapır.

Onu da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğızıstan parlamentləri arasında dostluq və əməkdaşlıq münasibətləri də kifayət qədər zəngin və yüksək səviyyədədir. Bir çox beynəlxalq platformalarda biz bir-birimizi qarşılıqlı şəkildə dəstəkləyirik. İstər Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarovanın Qırğızıstana səfərləri, istərsə də Qırğızıstan Joqorku Keneşinin rəhbərliyinin Azərbaycana səfərləri, parlamentlərarası dostluq qruplarının fəaliyyəti və keçirilən qarşılıqlı görüşlər xalqlarımız arasında tarixi dostluq münasibətlərinin müasir dövrdə də uğurla davam etdiyini göstərir”, – deyə o əlavə edib.

Deputatın fikrincə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi təkcə iki qardaş ölkə üçün deyil, bütövlükdə Türk dünyasının gələcək siyasi, iqtisadi, nəqliyyat və mədəni inteqrasiyası baxımından mühüm strateji əhəmiyyət daşıyan tarixi hadisədir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 İyul 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see314

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see313

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see294

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see293

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see290

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see286

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see286

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see280

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see280

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see256

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see255

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see252

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see251

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see246

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see245

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see245

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see241

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see237

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri