İlham Əliyevin Umaru Sisoku Embalo ilə təkbətək görüşü keçirilir
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.
Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.
Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Daha sonra İlham Əliyevin Umaru Sisoku Embalo ilə təkbətək görüşü başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 27 Fevral 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















