İlham Əliyevin Vaşinqton səfəri Azərbaycanın nüfuzunu artırdı Baş nazir
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin bütün dünyanın diqqət mərkəzində olan triumfal Vaşinqton səfəri Azərbaycanın beynəlxalq siyasi arenada nüfuzunu və mövqeyini daha da gücləndirməklə yanaşı, regionda uzunmüddətli sülhün təmin olunması istiqamətində yeni perspektivlər açır.
Redaktor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov hökumətin Azərbaycan Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.
“Prezident İlham Əliyevin dünyanın ən qüdrətli dövlətinin paytaxtı Vaşinqtonda, Ağ Evdə Prezident Donald Tramp tərəfindən böyük hörmət və ehtiramla ən ali səviyyədə qarşılanması, dövlət başçımıza göstərilən xüsusi rəğbət, səmimiyyət və yüksək qonaqpərvərlik, ABŞ dövlət başçısının Ağ evin rəmzi açarını Azərbaycanın dövlət başçısına təqdim etməsi Amerika Prezidenti tərəfindən Prezident İlham Əliyevin şəxsiyyətinə və liderliyinə xüsusi münasibətin parlaq ifadəsidir”.
Ə.Əsədov bəyan edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun döyüş meydanında qazandığı zəfərlər və Azərbaycanın təşəbbüskarı olduğu sülh Vaşinqtonda, ABŞ prezidentinin iştirakı və imzası ilə rəsmiləşdirildi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 26 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















