“İlham Əliyevlə danışıqların nəticələrindən məmnunam”
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslardan və danışıqların nəticələrindən məmnun olduğunu bildirib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, N.Paşinyan bu barədə hökumətin iclasından sonra brifinqdə danışıb.
“Kopenhagendəki görüşümüzdən və ümumilikdə təmaslarımızın nəticələrindən məmnunam. Eyni zamanda, sülhə gedən yolun institusionallaşdırılmasından da məmnunam. Əziz həmkarlar, sülh faktdır”, - Paşinyan bildirib.
Xatırladaq ki, oktyabrın 2-də Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci sammiti çərçivəsində İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilmişdi.

Paşinyan: “İlham Əliyevlə görüşlərdən məmnunam”
14 Noyabr 2024 10:50
İlham Əliyevlə Kopenhagendəki müzakirələrdən məmnunam Paşinyan
16 Oktyabr 2025 14:37
Paşinyan İlham Əliyevlə təmaslardan və danışıqlarının nəticələrindən razı qaldığını deyib
16 Oktyabr 2025 14:23
İlham Əliyevlə Ərdoğan görüşür
11 Aprel 2025 12:40
İlham Əliyevlə Ərdoğan danışdı
29 Mart 2025 17:57

