İlham Əliyevlə İran prezidenti telefonda danışdı Nələr müzakirə olunub?
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Məsud Pezeşkian müqəddəs Ramazan bayramı münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib, ən xoş arzularını çatdırıb.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində İran Prezidentini və xalqını bayram münasibətilə təbrik edib.
Məsud Pezeşkian təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Telefon danışığı əsnasında ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikasından məmnunluq ifadə olunub, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, iqtisadi, ticarət, nəqliyyat, enerji və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 31 Mart 2025 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















