Icma.az
close
up
RU
İlham Əliyevlə Paşinyan ortaq məxrəcə gəlib EKSPERT

İlham Əliyevlə Paşinyan ortaq məxrəcə gəlib EKSPERT

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə Avropa Siyasi Birliyinin (ASB) 7-ci Zirvə Toplantısı keçirilib. Tədbirdə Avropada ümumi təhlükəsizlik, ənənəvi və hibrid təhdidlər, iqtisadi təhlükəsizlik, miqrasiya və digər məsələlər müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edib və bir sıra görüşlər keçirib.

Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşüb. Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

Modern.az-a görüşü şərh edən politoloq Zaur Məmmədov bildirib ki, Azərbaycan və Ermənistan liderləri ortaq məxrəcə gəliblər.

"İndiki məqamda prinsipial məsələlərdə fikir ayrılıqları yoxdur. Bu çox vacib nüansdır. Bu gün Cənubi Qafqazda-Azərbaycanla Ermənistan arasındakı sülh prosesində masa üzərində müzakirə edilən bütün məsələlər, ölkəmizin irəli sürdüyü istiqamətlərdən ibarətdir. Vaxtilə buna dirənməyə çalışırdılar. Amma zamanla bunun mümkün olmadığı aydın oldu", - o qeyd edib.

Politoloq vurğulayıb ki, Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda razılıq əldə edilsə də,bu hər şeyin bitdiyi anlamına gəlmir:

"Hələ yolun yarısı qabaqdadır. Razılaşdırılmış məsələlər var ki onların reallaşdırılması üçün hökumətlər tərəfindən işçi planı hazırlanıb və icraya başlayıblar. TRIPP (Zəngəzur dəhlizi-red.) yolu məsələsi xüsusilə qeyd edilməlidir. TRIPP yolu ilə bağlı ABŞ-lə Ermənistan arasında danışıqların nəticəsi olaraq, onun hansı əsaslarla işə düşəcəyi öz həllini tapacaq. Burada Azərbaycanın da xüsusi rolu var. ABŞ-də də Azərbaycanın bu yolla bağlı istəklərinin nələrdən ibarət olduğu bilinir.  Eyni zamanda sərhəd bölgəsində delimitasiya və demarkasiya, eləcə də anklavlar məsələsi gündəmdədir. İşçi qrupları səviyyəsində bu və ya digər formada məsələlər müzakirə olunur".

Z.Məmmədov Azərbaycan və Ermənistanın çağırışlarla üz-üzə olduğunu söyləyib:

"Vaşinqtonda əldə edilən razılıqdan sonra regiondakı dövlətlər prosesə qıcıqla baxır. Və bu birbaşa suverenliyi məhdud olan Ermənistan üçün problem yarada bilər. Artıq 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın qalib gəlməsini istəyən və istəməyən qonşu ölkələr məlumdur. Paşinyanın seçilməsini istəməyən ölkələrin administrasiyaları Paşinyana qarşı fəaliyyətə başlayıb. Amma təbii ki, Avropada müharibənin uzanması Cənubi Qafqazdakı proseslərin yüngül keçməsi ilə nəticələnməkdədir. Müharibə başa çatdıqdan sonra sıra Cənubi Qafqazda ola bilər. Paşinyan təbii ki, tək deyil. ABŞ və Qərb ölkələri bundan sonra Paşinyan hökumətinin hakimiyyətdə qalması üçün əməli addımlar atacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Oktyabr 2025 07:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri