İlham Haqverdiyev kimlərdən rüşvət almaqda ittiham olunur? TƏFƏRRÜAT
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin həbsi ilə bağlı detallar məlum olub.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mayor rütbəsi ilə xidmət edən rəis rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.
Nazirliyin istirahət evindəki korrupsiya faktı Respublika Hərbi Prokurorluğu tərəfindən müəyyən edilib. Aparılan araşdırma nəticəsində qanunauyğun tədbir görülüb. İlkin istintaqla müəyyən edilib ki, İlham Haqverdiyev vəzifəsindən sui-istifadə edərək bir neçə mülki şəxsi rüşvət qarşılığında işə düzəldib.
Belə ki, o, bir nəfəri yanğından mühafizə üzrə müfəttiş təyin etmək üçün 2500 manat, başqa bir qadını xadimə kimi işə qəbul etmək üçün isə 1500 manat alıb. Bundan əlavə, Haqverdiyevin istirahət evinin inzibati qeydiyyatçısının gecə növbəsindən gündüz növbəsinə keçirilməsi üçün 500 manat, dizelçi-elektrikin əmək müqaviləsinin uzadılması üçün isə əlavə məbləğdə rüşvət aldığı bildirilir.
Mayora qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda onun ətrafında araşdırma davam edir. İbtidai istintaq dövründə cinayət işi üzrə başqa epizodların da ortaya çıxa biləcəyi istisna edilmir.
Təqsirləndirilən şəxs özü isə ittihamla razılaşmır. O, bu gün həbs qərarından apellyasiya şikayəti verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 20 Oktyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















