İlham Mirzəyev: “Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azəristiliktəchizat” bu gün subsidiya ilə işləyir, sirr deyil ki, bizdə tariflər aşağıdır”.
APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev deyib.
O bildirib ki, bu gün subsidiyanın mərhələli şəkildə azaldılması istiqamətində addımlar atılır: “2023-cü ildə Nazirlər Kabinetinin təsdiq etdiyi qərarla yaşayış sahəsi ümumi sahə ilə əvəzlənib. Bu addım gəlirlərin müəyyən qədər artmasına imkan verib, belə ki, bu qərar bizə təxminən 2 milyona yaxın əlavə gəlir gətirdi. 2025-ci il yanvarın 1-dən tariflər 30 qəpik civarında müəyyən olunub. Bu da gəlirlərin iki dəfə artımı deməkdir. İstənilən istilik təchizatı obyektinin “Azəristiliktəchizat”ın balansına verilməsi əlavə xərc olmaqla yanaşı, əlavə subsidiya da tələb edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 23 Aprel 2025 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















