Icma.az
close
up
RU
İlham Rəhimova Bolqarıstanın ali mükafatı təqdim olundu

İlham Rəhimova Bolqarıstanın ali mükafatı təqdim olundu

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Moderator.az xəbər verir ki, Sofiya şəhərində hüquq elmləri doktoru, professor İlham Rəhimova Bolqarıstan Elmlər Akademiyasının “Doktor Xonoris Kauza” ali mükafatı təqdim olunub.

Təqdimat mərasimindən öncə professor Rəhimovun Bolqarıstanın hüquq üzrə tanınmış mütəxəssis və elm adamları, qanunvericilik orqanları, ədliyyə, məhkəmə, prokurorluq nümayəndələri, media və QHT təmsilçləri ilə görüşü keçirilib.

Görüşdə Bolqarıstanda, həmçinin digər Balkan ölkələrində 90-cı illərdən etibarən aparılan dövlət quruculuğu və hüquq siyasəti, ədliyyə strukturlarının mövcud vəziyyəti və aparılan islahatlar, Bolqarıstanın Avropa Birliyinə tamhüquqlu üzvlüyünün ardından bu sahədə baş verən proseslər və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

Eyni zamanda, İ.Rəhimovun müəllifi olduğu “Cinayət və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi” kitablarının hüquq elminə verdiyi töhvələrdən, əsərlərin alim və tədqiqatçılar üçün əhəmiyyətindən söhbət açılıb. Bolqarıstan elm və ictimaiyyət nümayəndələrinin təkidli istəklərindən sonra, hər iki kitabın bolqar dilinə tərcüməsi və hüquq dərsliyi olaraq tövsiyyəsi qərarlaşdırılıb. 

Professor İlham Rəhimov geniş nitqlə toplantı iştirakçılarına xitab edib.

Sofiya simfonik orkestrinin mini resitalından sonra keçirilən təntənəli mərasimlə mükafat Bolqarıstan Elmlər Akademiyasının 

prezidenti, akademik S.Vodeniçarov və Rəyasət Heyəti üzvləri tərəfindən İ. Rəhimova təqdim edilib. Mərasimdən sonra İlham Rəhimov və qonaq heyət üzvlərinin şərəfinə ziyafət təşkil olunub.

Səfər çərçivəsində professor İlham Rəhimov Bolqarıstanın vitse-prezidenti xanım Marqarita Popova, parlament sədrinin müavini Yanaki Stoylov və Sofiya meri xanım Yordanko Fandıkova ilə görüşüb. Görüşdə fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri