Icma.az
close
up
RU
İLHAM RƏHİMOVUN ADI DA “QARA SİYAHI”YA DÜŞDÜ Sanksiya tətbiq edildi

İLHAM RƏHİMOVUN ADI DA “QARA SİYAHI”YA DÜŞDÜ Sanksiya tətbiq edildi

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avstraliya hökuməti Rusiyanın siyasi müxalifətə təzyiqlərdə və Ukraynaya qarşı hərbi əməliyyatların dəstəklənməsində rol oynadığı iddia edilən 14 nəfərə qarşı yeni məhdudiyyətlər tətbiq edib. Bu şəxslər barəsində həm maliyyə sanksiyaları, həm də səyahət qadağaları qüvvəyə minib.

"AzPolitika" yaydığı məlumata görə, bu addım Avstraliya Xarici İşlər Nazirliyi tərəfindən atılıb və müvafiq qərar nazirliyin rəsmi saytında yayımlanıb.

Sanksiya siyahısına daxil edilənlər sırasında Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan azərbaycanlı iş adamı İlham Rəhimov da yer alıb. Bundan əlavə, Tatarıstanın keçmiş prezidentinin oğlu Radik Şaymiyev və Moskva merinin müavini Maksim Liksutovun da adı siyahıya salınıb. Siyahını ictimaiyyətə rusiyalı “Sirena” teleqram kanalı açıqlayıb.

Avstraliya bu addımı Rusiyada siyasi opponentlərə qarşı aparılan repressiyalara və xüsusilə də həbsdə vəfat edən müxalifət lideri Aleksey Navalnının ailəsinə dəstək məqsədilə atıb. Belə ki, sanksiyalar, Avstraliya XİN rəhbəri Penni Vonqun Navalnının həyat yoldaşı Yuliya Navalnaya ilə planlaşdırılan görüşü öncəsi elan olunub. Görüşün bu gün baş tutacağı bildirilir.

Qeyd edək ki, oxşar addım bu gün Böyük Britaniya tərəfindən də atılıb. London Rusiyaya qarşı tətbiq edilən sanksiyalar siyahısını genişləndirərək, Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Ayman Kadırovanı və bir neçə Rusiya gənclər təşkilatını hədəfə alıb.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Sentyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri