Icma.az
close
up
RU
İlham verən DİZAYN: HUAWEI PURA70 VƏ PURA70 PRO SMARTFONLARI

İlham verən DİZAYN: HUAWEI PURA70 VƏ PURA70 PRO SMARTFONLARI

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

HUAWEI Pura70 və Pura70 Pro yalnız olduqca funksional deyil, həm də inanılmaz dərəcədə müasir və dəblidir. Üçbucaq şəklindəki kamera modulu, bu seriyanın simvoluna çevrilərək modellərə bənzərsiz bir görkəm qazandırır. Qeyd etmək lazımdır ki, dizayn yalnız bir üstünlük deyil. HUAWEI Pura70 seriyalı modellərin kameraları mobil fotoçəkilişlərində həqiqətən bir inqilab yaradır, yüksək detallaşdırılmış şəkillər və parlaq rənglərdə foto çəkməyi təmin edir. Buna əlavə olaraq, cihazlar istifadə rahatlığı ilə də fərqlilik yaradır, daxili sistemi ilə sürətli və intuitiv əməliyyat təklif edir. HUAWEI Pura70 və Pura70 Pro estetikliyi müasir texnologiyalarla bir araya gətirən mükəmməl tərəfdaşlardır.

YENİ İMKANLAR EMUI 14.2 VƏ ARK ENGINE TEXNOLOGİYALI HUAWEI PURA70

HUAWEI Pura70 və PURA70 Pro -da EMUI 14.2 sistemi quraşdırılıb ki, bu da istifadəçilərə geniş imkanlar təqdim edir. Yeni sistem növü istifadəçi interfeysini təkmilləşdirir və cihazın iş sürətini artırır və bu xüsusilə çox tapşırıqlarla işləyən zaman özünü müsbət doğruldur. HUAWEI Ark Engine qrafikanı optimallaşdırır və məlumatların işlənməsini sürətləndirir, bu da oyunlar və videoların daha axıcı və parlaq olmasını təmin edir. Belə bir texnologiyaların birləşməsi ilə HUAWEI Pura70 seriyaları daha yüksək performans nümayiş etdirir və prosessorun yüklənmə səviyyəsini azaldır. Bununla da enerji istehlakında qənaət təmin olunur. EMUI 14.2 və Ark Engine innovasiyaları smartfonu yalnız güclü və sürətli etmir, onun digər kənar proqramlardan aslılığını da azaldır.

HUAWEI PURA70 KAMERASI: 50 MP-LİK PROFESSİONAL ŞƏKİLLƏR

HUAWEI Pura70 möhtəşəm kamera sistemi ilə təchiz edilib ki, bu da hər şəraitdə mükəmməl fotoşəkillər çəkmək imkanı verir. Əsas kamera üç sensoru özündə birləşdirir: standart şəkillər üçün 50 MP, ultra geniş çərçivələr üçün 12 MP və supermakro foto üçün 13 MP. Ön kamera 13 MP ilə selfilər və video zənglər üçün idealdır. Cihazda HDR və panoramik çəkiliş funksiyaları mövcuddur ki, bu da şəkilləri parlaq və detallı edir. Portret rejimi fonun yumşaq şəkildə bulanıqlaşmasını təmin edir, XD Motion Engine texnologiyası sayəsində isə fotoşəkillər və videolar yüksək sürətlə hərəkət edərkən belə aydın qalır (sürət hətta 200 km/saat-a qədər). Kamera 0,5x-50x arasında böyütməni dəstəkləyir, beləliklə, uzaq obyektləri keyfiyyət itirmədən çəkə bilərsiniz. XMAGE Style müxtəlif şəkil və video redaktə üslubları seçməyə imkan verir, üçbucaq şəklindəki kamera modulu isə HUAWEI Pura70-ə müasir və unikal bir görünüş qazandırır.

HUAWEI PURA70: UZUN AVTONOMİYA VƏ SÜRƏTLİ ŞARJ

4900 mAh batareyaya sahib HUAWEI Pura70 bütün gün ərzində uzun istifadə müddəti təklif edir. HUAWEI SuperCharge 66W texnologiyası sayəsində smartfonu 20 dəqiqə ərzində 50%-ə qədər şarj etmək mümkündür, 45 dəqiqəyə isə tam şarj olunur. Simsiz şarj üçün 50W gücü təklif edilir ki, bu da cihazın enerji doldurulmasını olduqca sürətli keçirməyə imkan verir. Həmçinin 7,5W reversiv şarj dəstəyi mövcuddur ki, bu da digər cihazların şarj edilməsini təmin edir. Bu xüsusiyyətlər HUAWEI Pura70-i sürətli və rahat şarj imkanları axtaran istifadəçilər üçün mükəmməl seçim edir.

HUAWEI-DƏ XD MOTION ENGINE: AXICI HƏRƏKƏTLƏRİNİZİ HİSS EDƏCƏKSİNİZ

HUAWEI smartfonlarında XD Motion Engine texnologiyası sürətli hərəkət edən obyektləri izləyərkən görüntüləri daha aydın və axıcı edir. Bu xüsusiyyət video məzmununun keyfiyyətini əhəmiyyətli dərəcədə artırır və bulanıqlığı aradan qaldırır. XD Motion Engine texnologiyasına sahib HUAWEI smartfonları, xüsusən idman tədbirlərini və hərəkətli səhnələri izləyən və ya yüksək qrafikaya sahib oyunlar oynayan istifadəçilər üçün mükəmməl seçim olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Noyabr 2024 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri