Icma.az
close
up
RU
İlham Yadullayev: “Futbolçulara motivasiya vermək çətindir”

İlham Yadullayev: “Futbolçulara motivasiya vermək çətindir”

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Şimal”a təşəkkür edirəm. Maraqlı oyun oldu. Rəqibi analiz etmişdik. Son iki turda “Baku Sportinq”i məğlub etmiş, lider “Şəfa”dan xal almışdılar. Bilirdik ki, İkinci Liqaya düşməmək üçün sonuncu pillədən yuxarı qalxmaq istəyirlər. Çox istəkli idilər. Biz də Şamaxıya 3 xal üçün gəlmişdik. Çox təəssüf ki, əlimizə düşən şanslardan istifadə edə bilmədik. Rəqibin də şansları oldu. Düşünürəm ki, oyunun ədalətli nəticəsi elə heç-heçə idi”.

Bunu futbol üzrə Birinci Liqada mübarizə aparan MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.

O, son turda Xaçmazın “Şimal” komandası ilə 1:1 oynadıqları matçdan danışıb. Böyük ehtimalla, “hərbçilər” çempionatı altıncı sırada başa vuracaq. Heç bir hədəfi qalmayan komandanı motivasiya vermək nə qədər çətindir? Millimizin, “Neftçi”, “Şəmkir”, “Kəpəz” və “Karvan”ın sabiq veteran futbolçusu, 50 yaşlı məşqçi bu barədə də danışıb:

“Hər bir oyuna motivasiya var. Komandanın məqsədləri var. Bura gələndə yaxşı mübariz komanda yaratmaq qərarına gəldik. Məncə, buna da nail olduq. Demirəm ki, yüksək yerlər üçün oynayırdıq. Bu gün turnir cədvəlinin ortasında qərarlaşmışıq. Çalışırıq ki, hər bir oyuna motivasiya ilə çıxaq. Düzdür, yuxarı qalxmayacağımızdan və aşağı düşməyəcəyimizdən, futbolçulara bir az motivasiya vermək çətindir. Amma işimiz budur. Çempionatın son oyununa kimi 3 xal üçün çıxacağıq”, - deyə o, prosport.az-a açıqlamasında söyləyib.

İlham Yadullayev növbəti turda maliyyə vəziyyəti ürəkaçan olmayan “Mingəçevir”lə səfər matçı barədə isə bunları deyib:

“Növbəti turdakı rəqibimiz üçüncü sıradadır və ikinci yer üçün mübarizə aparır. Son turda uduzdular. Amma düşünürəm ki, möhkəm, güclü rəqibdir. Analiz edəcəyik. Ən azından Mingəçevirdən 1 xalla qayıtmağa çalışacağıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 May 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri