Icma.az
close
up
RU
İlham Yadullayev: “MOİK yeni mövsümə 80 faiz hazırdır”

İlham Yadullayev: “MOİK yeni mövsümə 80 faiz hazırdır”

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Hazırlıq mərhələsi yaxşı gedir. Artıq dördüncü həftədir ki, hazırlıqlara başlamışıq və məşq prosesində qarşıya qoyduğumuz plan üzrə irəliləyirik. Komandanın fiziki və taktiki hazırlığının artırılması istiqamətində ciddi işlər görürük".

Bu sözləri Sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.


Mütəxəssis komandasının yeni mövsümə hazırlıq prosesindən danışaraq qarşıda iki yoxlama oyununun olduğunu bildirib:

"Qarşıda daha iki yoxlama oyunumuz var. Həmin görüşlərdə həm futbolçuların hazırkı vəziyyətini, həm də yeni mövsümə nə dərəcədə hazır olduğumuzu daha yaxından görmək imkanımız olacaq. Bu oyunlardan sonra hazırlığı başa çatdırıb, bütün diqqətimizi rəsmi qarşılaşmalara yönəldəcəyik. Hazırda komandanın yeni mövsümə hazırlıq səviyyəsini təxminən 80 faiz qiymətləndirirəm. Təbii ki, hələ üzərində işləməli olduğumuz məqamlar var. Xüsusilə 1-2 mövqedə müəyyən boşluqlarımız görünür. Bu istiqamətdə rəhbərliklə birlikdə müzakirələr aparırıq. Əgər komandaya fayda verəcək və səviyyəmizi artıracaq futbolçu tapılsa, həmin mövqelərə transfer etməyimiz mümkündür. Amma sırf transfer etmiş olmaq üçün futbolçu almaq fikrində deyilik. Əsas məqsədimiz komandaya real fayda verə biləcək oyunçuları heyətə cəlb etməkdir. Yeni mövsümdə əsas hədəfimiz turnir cədvəlində bacardığımız qədər yüksək pillələr uğrunda mübarizə aparmaqdır. Bunun asan olmayacağını bilirik. Çempionatda rəqabət kifayət qədər yüksəkdir və hər oyuna maksimum məsuliyyətlə yanaşmalıyıq. İnanıram ki, düzgün hazırlıq keçərək, oyun-oyun irəliləsək, qarşımıza qoyduğumuz məqsədlərə çata bilərik. Əsas istəyimiz mövsüm ərzində sabit çıxış etmək, hər oyunda xal və nəticə uğrunda mübarizə aparmaqdır".

Qeyd edək ki, MOİK ötən mövsüm Birinci Liqanı 6-cı pillədə başa vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sport24.az
archiveBu xəbər 19 Avqust 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see432

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see219

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see207

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see194

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see185

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see182

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see178

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see177

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see174

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri