Icma.az
close
up
RU
İlhamə Quliyevanın ailəsi apellyasiya verəcək Cinayət tərkibi yoxdur

İlhamə Quliyevanın ailəsi apellyasiya verəcək Cinayət tərkibi yoxdur

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Xalq artisti İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı Nigar Həsənova həbs edilib.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı N.Həsənovanın vəkili İlqar Rüstəmov Axşam.az-a açıqlama verib. O bildirib ki, N.Həsənovanın işi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəklər: 

"Nigar Həsənova ilə bağlı cinayət məcəlləsinin 178.3.2 madəsi ilə cinayət işi başladılıb və həmin maddə ilə ittiham verilib. Əvvəllər barəsində həmin maddə üzrə qətimkan tədbiri qismində həbs edilməsi üçün Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinə müraciətlər edilib. Lakin hər iki məhkəmə həbsi seçmirdi. Sonradan istintaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən vəsatətlə bağlı Şəhər Prokurorluğuna və Xətai Rayon Məhkəməsinə həbsin seçilməsi üçün təqdimatla müraciət olunub. Xətai Rayon Məhkəməsi tərəfindən həbs qərarı verilib. Lakin buna baxmayaraq, biz hesab edirik ki, Nigar Həsənovanın cinayət tərkibi yoxdur. Bu, mülkü borc məsələsidir. Faiz müqabilində yığılan borcdur. Bununla bağlı tərəfimizdən apellyasiya şikayəti veriləcək".

Vəkil bildirib ki, ailə N.Həsənovanın işində mərhum Xalq artisti İlhamə Quliyevanın adının hallandırılmasından narahatdır:

"Zərərçəkmiş şəxslərdən bəziləri Nigar Həsənovanı mərhum Xalq artisi İlhamə Quliyeva ilə əlaqələndirib məsələni yayıblar. Onların qohumluq əlaqəsi ola bilər. Amma bunun İlhamə Quliyevaya aiddiyatı yoxdur. Məqsədli şəkildə edilir. Bununla bağlı ailə məhkəməyə müraciət edəcək".

Vəkil məbləğin 811 min manatdan çox göstərilməsinin düzgün olmadığını deyib:

"Nigarın əməlində cinayət tərkibi yoxdur, mülkü məsələdir. Şikayət edən bir neçə nəfərdir. Müəyyən məbləğdə faizlə, yəni sələmə pul götürülüb və məbləğ şişib. Nigar həm faizi, həm də borcun bir hissəsini qaytarıb. Bizdəki həbs qərarı ilə bağlı sənəddə məbləğ o qədər göstərilməyib. Cinayət işi məxfi olduğu üçün məlumatı verə bilmirik".

İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva isə məsələ ilə bağlı suallarımıza "Nigar iki gündür həbs edilib. Bizi İlhamə Quliyevanın adı ilə vurdular. Apellyasiya şikayəti verəcəyik. Ona görə də mən danışa bilmirəm" sözlərini deyib.

Qeyd edək ki, daha əvvəl Nigar Həsənovanın sahibkardan külli miqdarda qızıl zinət əşyaları, pul vəsaitləri alaraq geri qaytarmaması ilə bağlı xəbər yayılmışdı. O, İ.Quliyevanın bacısı İradə Həsənovanın qızıdır.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 16 Fevral 2026 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri