İlhamə Quliyevanın köməkçisi: Ayağına vurdurduğu geldən sonra çürümə başladı
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərhum Xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Bəylərqızı onunla bağlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, "Həftənin qonağı" verilişinə dəvət olunan Mehriban sənətçinin vurdurduğu dolğulardan ayağının çürüdüyünü bildirib.
"Onun ayağında çürümə gedirdi. Həm ürəyi xəstə idi həm də şəkəri var idi. Heç vaxt öz əziyyətini kiməsə bildirmirdi. Mən də bu barədə heçkimə demirdim. İstəmirdi ki onu bu cür görsünlər. Amma o ağrılarından o qədər zarıyırdı ki, ürəyim tab gətirə bilmirdi. Zamanında ayağına estetik prosedur etdirmişdi. Bunu heçkim bilmirdi. İlk dəfə açıqlayıram. Bu proses artıq o vaxtdan başlamışdı. Özü mənə bu barədə danışmışdı. Son zamanlar gəzə də bilmirdi. Gündə iki-üç ağrıkəsici iynələr vurdururdu".
Xatırladaq ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-də vəfat edib. Onun səhər saatlarında vəziyyəti qəfildən pisləşib.
Təcili yardım maşını İ.Quliyevanın evinə çatanda o, artıq dünyasını dəyişib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Fevral 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















