İlhamə Quliyevanın qızılları kimə qaldı? “Əli Mirəliyev ağalıq edirdi” Yeni Sabah
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
“Bacım dünyasını dəyişəndə onun evinə gəldik. Sanki evi mebel salonu idi. Evdə nəinki xəzlər, bahalı qablar da yox idi”.
Yenisabah.az olay-a istinadla xəbər verir ki, bunu mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva “Tarixin bir günü” verilişində deyib.
Tarix Əliyevin (Tolik) “Deyirdilər ki, İlhamə Quliyevanın balonlarla qızılları və brilliantları vardı. Onlar haradadır” sualına o belə cavab verib:
“İlhamənin evində cənazəsi olanda biz qonaq idik. Mən, bacım və bacım qızı. Onun evində o zaman ağalığı Əli Mirəliyev, onun qızı, İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan edirdi. Bu 3 nəfərin əlində idi hər şey. Evin açarları da”.
Tolikin “Bu gün İlhamə Quliyevanın mirasından nələrsə qalıb” sualına G. Quliyeva cavabında bildirib: “Mən yeganə varis deyiləm. Beş nəfərik. Beş qanuni varisi var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 07 Noyabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















