İlhamə xanımla sevgili olduğumu deyənlər cahil insanlardır
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"İlhamə xanımla axırıncı klipə çəkiləndən sonra əlimlə bu sondur işarəsi göstərmişdim. Demişdilər ki, adam da primadonnaya belə edər? Başa saldım ki, bu qədər bəsdir. İlhamə Quliyeva ilə çalışmağımın heç bir çətinliyi yox idi. Onunla həyat yaşamırdım ki. Mənə qarşı heç bir kaprizi yox idi. İlhamə xanımla səmimi-rəsmi münasibətimiz var idi. Onunla gecə-gündüz bir restoranda oturub yeyib-içmirdim bəziləri kimi. Sonra da desinlər ki, İlhamə mənim qarşıma düşdü".
Axşam.az xəbər verir ki, bu sözləri Firdovsi Atakişiyev "Həftənin qonağı" verilişində deyib. Aktyor mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı aparıcının "Hətta o vaxt deyirdilər ki, siz sevgilisiniz" sualına münasibət bildirib. O, bu fikirlərin həqiqəti əks etdirmədiyini deyib:
"İlhamə xanımın nə qədər tünd, pis xasiyyəti var desələr də, sənətkar idi. Mən də onun sənəti üçün kliplərə çəkilirdim. Ondan geriyə mahnılar qalıb. İlhamə xanımla sevgili olduğumu deyənlər cahil və bəsit düşünən insanlardır. Bu sözü ağıllı insanlara rəva bilmirəm.
Mən hər şeyi etdim ki, insanların beynində bu barədə adi qımıldanma belə olmasın. Çünki ailəmi və onların namusunu, qeyrətini hər şeydən üstün tuturam".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 02 İyun 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















