Icma.az
close
up
RU
İlin birinci yarısında “Azəri Çıraq Günəşli”dən hasilat 59 milyon barel olub

İlin birinci yarısında “Azəri Çıraq Günəşli”dən hasilat 59 milyon barel olub

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Cari ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat gündəlik orta hesabla 323 min barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub.

bp şirkətindən AZƏRTAC-a bildirilib ki, altı ayda ACG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Hesabat dövründə “Çıraq” platformasından hasilat 19 min 300, “Mərkəzi Azəri”dən 88 min, “Qərbi Azəri”dən 73 min 300, “Şərqi Azəri”dən 45 min, “Dərinsulu Günəşli”dən 47 min, “Qərbi Çıraq”dan 24 min və “ACE”dən 26 min 400 barel olub.

İlin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 268 milyon dollar əməliyyat məsrəfləri və 733 milyon dollar əsaslı məsrəflər xərclənib.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksəkdəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı bu ilin birinci yarısında tamamlanıb.

“Dərinsulu Günəşli” ərazisində bir çox quyularda sualtı müdaxilə proqramı çərçivəsində əməliyyatlar davam edib, o cümlədən 5 quyuda sualtı müdaxilə işləri uğurla tamamlanıb, hazırda isə 6-cı quyuda işlər davam edir.

“Mərkəzi Azəri” platformasında hazırda həyata keçirilən “Mərkəzi Azəri Qaz Genişləndirilməsi” (CAGE) layihəsi üzrə işlər ilin birinci yarısında plana uyğun davam edib. Bu layihə çərçivəsində platformadakı mövcud 4 qazvurma kompressorunun daxili rotasiya blokları ve köməkçi hissələri dəyişdirilərək əsaslı şəkildə modernləşdirilib. Bütün bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq yerinə yetirilib.

CAGE layihəsi “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyır və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulub. Layihənin icrası 2026-cı ilin yanvar ayında başlanıb. Layihə üzrə nəzərdə tutulmuş digər modifikasiyalar bu ilin avqust ayında “Mərkəzi Azəri” platformasında aparılacaq planlaşdırılmış profilaktik işlər proqramı zamanı həyata keçiriləcək. Bunun ardınca bütün qalan yekun işlər tamamlandıqdan sonra bu ilin sentyabrında layihə başa çatacaq.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur. AÇG-də iştirak payları: bp (operator- 30,37%), SOCAR (35,30%), “MOL” (9,57%), “INPEX” (9,31%), “ExxonMobil” (6,79%), “TPAO” (5,73%), “ONGC Videsh” (2,92%).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Avqust 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see633

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see537

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see294

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see255

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see253

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see224

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see202

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see202

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see200

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see195

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see181

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see177

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see176

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see173

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see173

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see168

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see164

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see154

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see152

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri