İlin əvvəlindən Anqolada azı 3 min insan vəbaya yoluxub
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Anqola Səhiyyə Nazirliyi 2025-ci ilin əvvəlindən indiyədək vəba xəstəliyinə 2 880-dən çox yoluxma halı qeydə alıb.
"Report" xəbər verir ki, bu barədə "Angop" agentliyi nazirliyə istinadən məlumat yayıb.
Bildirilir ki, 97 xəstə vəfat edib.
Ən çox Luanda əyalətində yoluxma (1 425 hal) qeydə alınıb. Həssas qrupa iki yaşdan beş yaşa qədər olan uşaqlar daxildir. Onlar arasında 443 yoluxma və 12 ölüm halı aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatı qeyd edir ki, 2021-ci ildən dünyada vəba xəstəliyinə yoluxma halları artır. Ən kəskin vəziyyət Zambiyada müşahidə olunub. Bununla yanaşı, xəstəlik Mozambik, Tanzaniya, Konqo Demokratik Respublikası, Efiopiya və Nigeriyada yayılıb.

İlin əvvəlindən 11,6 min şəxsə əlillik təyin olunub
05 Aprel 2025 14:46
İlin əvvəlindən bölgədə 3 minədək terrorçu zərərsizləşdirilib Türkiyə Müdafiə Nazirliyi
19 Dekabr 2024 23:30
Türkiyə Müdafiə Nazirliyi: İlin əvvəlindən bölgədə 3 minədək terrorçu zərərsizləşdirilib AZƏRTAC
19 Dekabr 2024 22:13
Rusiya ilin əvvəlindən bəri 100 min hərbçisini itirib Sırski
16 Mart 2025 17:10
İlin əvvəlindən 10 velosipedçi yol qəzasında ölüb
20 Noyabr 2024 13:16

