İlin əvvəlindən bəri muxtar respublikada sahibkarlara 36 lisenziya verilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 20 oktyabr, AZƏRTAC
Cari ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlara 36 lisenziya verib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, verilmiş lisenziyalar əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq edilən bina və qurğuların layihələndirilməsi, attraksionların istismarı, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, baytarlıq preparatlarının satışı, özəl baytarlıq xidməti, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, sürətli poçt fəaliyyəti üzrə sahələri əhatə edib.
Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 6500 icazə reyestrdə qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 96,6 faiz çoxdur. İcazələrdən daxilolmaların məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 min 613 manat və ya 52,7 faiz artaraq 152 min 423 manat olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 20 Oktyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















