İlin əvvəlindən Türkiyədə gündə 117 zəlzələ baş verib
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cari ilin birinci rübündə Türkiyədə 12 min 928 zəlzələ baş verib.
Newscenter.az xəbər verir ki, bu barədə Qazi Universiteti Mühəndislik Fakültəsinin müəllimi, eyni zamanda fəlakətlərin idarə edilməsi üzrə mütəxəssis, doktoru Bülent Özmen məlumat verib. O bildirib ki, qeyd olunan müddətdə gündə orta hesabla 117 təkan qeydə alınıb.
Türkiyənin zəlzələ ölkəsi olduğunu vurğulayan Özmen ilin ilk üç ayında seysmik aktivliyin diqqətəlayiq səviyyədə müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, göstərilən müddətdə hər iki gündə 4 baldan böyük zəlzələ baş verib.
Özmen bu dövrdə çox sayda kiçik və orta ölçülü zəlzələlərin qeydə alındığını bildirib.
Özmen bu ilin birinci rübündə zəlzələ aktivliyinin 20 illik orta göstərici ilə müqayisədə orta göstəricidən bir qədər yüksək olduğunu qeyd edərək, ötən ildən bəri Balıkəsirdə Sındırgı və Kütahyanın Simav rayonlarında baş verən zəlzələlərin bütün Türkiyə üçün orta göstəricini artırdığını bildirib.
O deyib ki, zəlzələlərin 30 faizi Sındırgıda olub.
Süleyman
Bu mövzuda digər xəbərlər:Türkiyədə ilin əvvəlindən startaplara 475 milyon dollar sərmayə qoyulub
15 Oktyabr 2025 17:46
Türkiyədə ilin əvvəlindən 134 terror təşkilatı üzvü təslim olub
29 İyun 2026 16:02
İlin əvvəlindən İtaliyada 653 meşə yanğını baş verib
27 İyul 2025 23:35
Türkiyədə yayın əvvəlindən indiyədək beş mindən artıq meşə yanğını baş verib
15 Avqust 2025 20:41
Baxış sayı:115
Bu xəbər 24 Aprel 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















