Icma.az
close
up
RU
İlin əziz günləri...

İlin əziz günləri...

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yazın ən qaynar günləridi. Havanın hərarəti günbəgün yüksəlir. Günlər hələ də uzanır. İnsanlar təbiətin bu çağlayan çağının bir saatını belə boş keçirməyi ruzi itkisi sayırlar. Çünki onlar bu günləri çox gözləyiblər. Böyük Sabirimiz məhz bu dəmlər üçün yazıb:

Gəl, gəl, a yaz günləri!
İlin əziz günləri!
Dağda ərit qarları,
Bağda ərit qarları:
Çaylar daşıb sel olsun,
Taxıllar tel-tel olsun.
Ağaclar açsın çiçək,
Yarpağı ləçək-ləçək.

Artıq aranda sünbüllər dənə dolub. Amma arpa biçininin başlanmasına azı iki həftə qalır. Əkinçinin qayğıları isə təkcə taxıl biçini ilə bağlı deyil. İndi kənd adamlarının ən gərgin günləridir. Belə demək olarsa, hazırda kəndlinin başını qaşımağa macalı yoxdur. O, bir gündə dörd-beş iş görür – tərəvəzi suvarır, bostan becərir, ağaclara gübrə verir, dərman çiləyir, yem tədarük edir və sair.

Son günlər ot biçininə start verilib. İndi biçənəklərdə və həyətyanı sahələrdə mexaniki dəryazların səsi tez-tez eşidilir. Əli dəryaz (kərənti) tutan gənclər ağsaqqallara qoşulub ot biçinini tezliklə başa çatdırmağa çalışırlar. Çünki havaların dəyişkən keçməsi, tez-tez yağış yağması biçənəkləri yatızdırır. Bu isə həm biçin aparmağı çətinləşdirir, həm də biçilmiş otun çürüməsinə səbəb olur.

Ot biçini ilə bağlı bir xatirə yaddaşımda ilişib qalıb. Bir az kövrək söhbət olduğu üçün unuda bilmirəm. Aşağı sinifdə oxuyurdum. Qonşu kənddən məktəbdən qayıtmışdım. Allah verəndən yeyəndən sonra anam dedi ki, bala, böyük qardaşın Səmidli qışlağının yanında ot biçir. Ona çörək aparmaq lazımdı. Anam bağladığı dəstərxanı balaca zənbilə qoyub verdi mənə. Sonra tapşırdı ki, yolun ortasıyla get, ilanların çıxan vaxtıdı. Dedim, narahat olma. Düzəldim yola. O yerə çataçatda gördüm ki, dəryazçılar xeyli ərazinin otunu səliqə ilə çalıb və yeni sov tutub dayanıblar. Biçənək də nə biçənək – yoncalı, vələmirli, güllü-çiçəkli. Yaxınlaşıb salam verdim, “yorulmayasız”, dedim. Gördüm hamı qardaşıma baxır. Onun da gözləri qızarıb. Bir azdan dedilər ki, qardaşın bilməyib, bir quş yuvasını dəryazla dağıdıb, iki balası da məhv olub. Çox məyus oldum....

Srağagün həyətin otunu biçən xalanəvəsi Vasifdən soruşdum ki, bu mövsümdə lazımınca yem tədarük edə biləcəksən? O, gileylə bildirdi ki, həyətlərdən toplanan ot kifayət eləməz, gərək pulla da alım. Sonra əlavə etdi ki, vallah, indi mal-qara saxlamaq çox çətindi. Kəndin ki, örüşü olmadı, heyvanı ilboyu doyuzdurmaq müşküldü. Elə buna görə obada mal-qaranın, qoyun-quzunun sayı ilbəil azalır...

Kəndin qabağındakı kanalın üstünə çıxıb uzaqlara baxdım. On hektarla uzanıb gedən arpa zəmiləri xeyli saralıb. Əkinçilərimiz elin ruzisi üçün gərgin əmək sərf ediblər. Məhsulun əkinçini sevindirib-sevindirməyəcəyi isə xırmanda bilinəcək.

Bu dəmlərdə zəmidən axıb gələn sünbül ətri nəfəsimə dolduqca məni bihuş etdi. Uşaqlıqda biz süd qoxulu sünbülləri ütüb həvəslə yeyər, sonra da Günəşin ilıq tellərinə bələnmiş biçənəkdə uzanıb mavi səmada pəmbə buludların sakit-sakit oynamasına tamaşa edərdik. Baxdıqca özümüzü o buludların üstündə sanardıq. O çağlar baxmaqdan köhnəlmiş kino lentləri kimi qəlbimdə bu gün də yaşayır. Uşaqlığıma qayıtdığım anlarda o yaşıl xatirə sanki təkrarlanır...

Bəli, ilin əziz günləridir. İndi ən zəhmətkeş canlılar – qarışqalar kimi torpağın sinəsinə daraşmış insanlar elin firavanlığı, çörəyi üçün səhərdən axşamadək çalışırlar...

Mən isə az sonra elə bu ümidlə sahillərində uşaqlığımı salıb itirdiyim Cəngi gölü ilə söhbətə yollandım. İndi yalnız yuxularımda yaşayan o göl bu çağlarda daha gözəl olurdu.

Səməd MƏLİKZADƏ
Ağsu rayonu, Cəfərli kəndi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 May 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see524

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see419

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see325

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see304

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see281

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see270

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see233

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see228

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see199

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see193

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see189

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see189

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see187

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see186

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see184

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see176

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see175

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see168

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see165

Ukraynanın məqsədi Rusiya ordusunun yanacaq təminatını çətinləsdirməkdir

07 İyul 2026 08:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri