Icma.az
close
up
RU
İlin hansı vaxtında Xəzərdə enmə və qalxmalar olur? KONKRET

İlin hansı vaxtında Xəzərdə enmə və qalxmalar olur? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Xəzər dənizinin səviyyəsində son illər müşahidə olunan dəyişmələr mütəxəssislərin diqqət mərkəzindədir. Dəniz səviyyəsinin gah qalxması, gah da enməsi sahilyanı ərazilərin ekoloji tarazlığına, təsərrüfat fəaliyyətinə və sosial-iqtisadi proseslərə ciddi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, bu dəyişikliklər təkcə iqlim amilləri ilə deyil, həm də geoloji və antropogen təsirlər nəticəsində formalaşır.

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Xəzər dənizi geoloji, hidroiqlim, antropogen və kosmik amillərin qarşılıqlı təsirinə məruz qalan mürəkkəb təbii geosistemdir.

Ekspertin sözlərinə görə, dəniz səviyyəsinin dəyişməsini düzgün anlamaq və gələcəkdəki dəyişiklikləri elmi əsaslarla proqnozlaşdırmaq üçün bütün bu proseslər birgə nəzərdən keçirilməlidir:

“Xəzər dənizini Yer planetinin digər qapalı su tutarlarından fərqləndirən əsas xüsusiyyət onun səviyyəsinin geniş zaman və məkan diapazonunda daimi dəyişməsidir. Tarixi mənbələrə əsasən, bu dəyişmələrin amplitudası təxminən 15 metrə çatır.”

Cavid Hüseynov qeyd edib ki, Xəzər dənizinin çoxillik səviyyə tərəddüdlərinə təsir edən əsas amillər bunlardır:

1.Geoloji və geomorfoloji amillər – dənizin yerləşdiyi ərazi tektonik cəhətdən aktiv olduğuna görə burada seysmik hərəkətlər davam edir.

2.Hidroiqlim amilləri – səviyyəyə çay axınları, yağıntılar və buxarlanma təsir göstərir.

3.Antropogen amillər – çay sularının kənd təsərrüfatı, məişət və sənaye məqsədləri üçün götürülməsi dənizə axan suyun həcmini azaldır.

Ekspert bildirib ki, mövsümi dəyişmələr də müşahidə olunur. Belə ki, səviyyənin ən aşağı həddi adətən dekabr-fevral, ən yüksək həddi isə mart-iyul aylarında qeydə alınır.

“Xəzər dənizində səviyyənin iki növ dəyişməsi fərqləndirilir – həcmi və deformasion dəyişmələr. Həcmi dəyişmələr dənizdəki su miqdarının artması və ya azalması ilə bağlıdır, deformasion dəyişmələr isə külək və digər amillərin təsiri ilə su səthinin formasının dəyişməsi nəticəsində yaranır,” – deyə ekspert əlavə edib.

Cavid Hüseynov vurğulayıb ki, səviyyə dəyişmələri sahilyanı ərazilər üçün ciddi ekoloji və sosial-iqtisadi nəticələrə səbəb olur:

“1978–1995-ci illərdə baş vermiş transqressiya – yəni su səviyyəsinin qalxması nəticəsində dənizin quruya irəliləməsi  Xəzər hövzəsində böhran vəziyyəti yaratmışdı. Aqrosənaye kompleksləri, neft təsərrüfatı, nəqliyyat və kommunal infrastruktur böyük ziyan gördü.”

Mütəxəssis əlavə edib ki, dəniz səviyyəsinin cəmi 1-2 metr dəyişməsi belə, onun hidroloji, bioloji və kimyəvi rejiminə əhəmiyyətli təsir göstərir. Dayaz sahələrdə dərinlik dəyişdiyindən dalğalanma, axın və buxarlanma səviyyəsi də fərqli olur.

1995-ci ildən etibarən isə Xəzər dənizində su səviyyəsinin azalma tendensiyası müşahidə edilir ki, bu da gələcəkdə yeni ekoloji və iqtisadi problemlərin yaranmasına səbəb ola bilər.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Noyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see596

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see137

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see133

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see128

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see128

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see127

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see126

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see126

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see126

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see124

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see124

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri