İlin ilk dünya çempionatına yollanacaq güləşçilərimiz bəlli olub
Icma.az bildirir, Idman.biz portalına istinadən.
İyulun 28-dən avqustun 3-dək güləş üzrə ilin ilk dünya çempionatı keçiriləcək.
İdman.biz xəbər verir ki, Yunanıstanın paytaxtı Afina U-17 yaş qrupu üzrə mundiala ev sahibliyi edəcək.
Yarışa yunan-Roma güləşçilərimiz start verəcək. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev, Elbrus Məmmədov və Nazim Əhmədovun rəhbərliyi altında Abdurrahman Hüseynli (45 kq), Qurban Məcnunov (48 kq), Hikmət Haqverdiyev (51 kq), Nihat Bəhmənov (55 kq), Əli Nəzərov (60 kq), Hüseyn İsgəndərov (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Səid Paşayev (92 kq) və Rihad İbrahimli (110 kq) uğur qazanmağa çalışacaq.
Daha sonra böyük məşqçi Həsrət Məmmədyarovun nəzarəti altında Nəzrin Əhmədli (46 kq), Fatimə Bayramova (53 kq) və Esra Məmmədli (57 kq) xalçaya çıxacaq.
Yarışın son günlərində isə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Sadiq İsmayılov (45 kq), Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Ruslan Əlizadə (55 kq), Həsən Həsənov (60 kq), Hüseyn İsmayılov (65 kq), Rəşad Veysəlov (71 kq), Nihad Süleymanlı (80 kq), Səid Paşayev (92 kq) və Hakim Tağıyev (110 kq) çıxış edəcək.
DÇ-də I dərəcəli hakimlərimizdən Elman İsmayılov və Natiq Hacıyev ədaləti qoruyacaq.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 25 İyul 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















