İlin son gününün HAVASI: Qar, güclü külək və 15 dərəcə şaxta
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Dekabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecəyə doğru bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 3° şaxtadan, 2°-dək isti olacaq.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 30 Dekabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















