Icma.az
close
up
RU
İlin son matçı: “Qarabağ” sindromu qıracaqmı? İdman və Biz

İlin son matçı: “Qarabağ” sindromu qıracaqmı? İdman və Biz

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Qarabağ” 2024-cü ilin son avrokubok matçına çıxacaq.

İdman.biz xəbər verir ki, ardıcıl 11-ci dəfə əsas mərhələdə oynayan Ağdam klubu üçün fərqli finiş xarakteri daşıyır.

2014-cü ildən indiyədək hər dəfə ilin son matçı həm də qrup mərhələsinin son görüşü olub. Bu dəfə isə Liqa mərhələsində hələ iki görüş qaldığından “Elfsborq”la duel yalnız ilin son qarşılaşması olacaq.

Maraqlıdır ki, Qurban Qurbanovun komandası ötən ili də İsveç klubu ilə görüşlə başa vurub. Həmin vaxt Azərbaycan çempionu “Haken”i Bakıdan məğlub yola salıb – 2:1. Bu dəfə isə oyun soyuq Skandinaviyada olacaq.

Ümumiyyətlə, Ağdam təmsilçisinin son 10 ildəki son avrokubok matçlarına nəzər salsaq, 2017-ci ildə Çempionlar Liqası, 2021-ci ildə Konfrans Liqasının qrupunda mübarizə aparan komanda digər 8 finişini Avropa Liqasında gerçəkləşdirib.

Daha bir maraqlı məqam son oyunlarının 5-nin evdə, 5-nin səfərdə keçirilməsi ilə bağlıdır. Düzdür, təmsilçimiz bu səfərlərin birinə - “Vilyarreal”la görüşə koronovirus pandemiyası üzündən yollana bilmədiyi üçün texniki məğlubiyyət alıb.

Ümumiyyətlə, ilin son görüşü səfərdə baş tutanda “Qarabağ” heç vaxt xal qazanmayıb. 5 qarşılaşmanın hamısında uduzan təmsilçimiz bu uğursuz sindromu qırmaq üçün “Elfsborq”u büdrətməlidir.

Finişdəki ev sınaqları isə daha çox heç-heçələrlə yadda qalıb. 1 qələbə və 1 məğlubiyyətin qeydə alındığı belə matçların üçü sülhlə bitib.

Bir sözlə, 10 ilin sonunda 1 qələbə, 3 heç-heçə və 6 məğlubiyyət yaşanıb. Ötən il qələbəsiz finişlər seriyasına son qoyan “Qarabağ” bunun davamını gətirmək üçün mübarizə aparacaq.

“Qarabağ” ilin son avrokubok matçında:
11.12.2014. “Qarabağ” – “İnter” – 0:0
11.12.2015. “Anderlext” – “Qarabağ” – 2:1
08.12.2016. “Qarabağ” – “Fiorentina” – 1:2
05.12.2017. “Roma” – “Qarabağ” – 1:0
14.12.2018. “Arsenal” – “Qarabağ” – 1:0
12.12.2019. “Qarabağ” – “Düdelanj” – 1:1
11.12.2020. “Vilyarreal” – “Qarabağ” - +:-
10.12.2021. “Bazel” – “Qarabağ” – 3:0
03.11.2022. “Qarabağ” – “Frayburq” – 1:1
14.12.2023. “Qarabağ” – “Haken” – 2:1

Qeyd edək ki, “Elfsborq” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Dekabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri