İlin sonuna qədər 4 günlük iş həftəsinə keçiləcək? KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın bir sıra ölkələrində iş və şəxsi həyat balansının yaxşılaşdırılması, əmək məhsuldarlığının artırılması məqsədilə 4 günlük iş həftəsi modeli müzakirə olunur. Azərbaycanda da zaman-zaman bu məsələnin tətbiqi ilə bağlı təkliflər səsləndirilir.
Bəs ölkədə 4 günlük iş həftəsinə keçidlə bağlı real addımlar atılırmı və bu modelin ilin sonunadək tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırda 4 günlük iş həftəsinə keçidlə bağlı qanunvericilikdə konkret təklif yoxdur.
“Bununla bağlı qanunvericilikdə təklif belə yoxdur, ancaq müzakirələr var. 4 günlük iş rejiminə keçmək üçün qanunvericilikdə dəyişiklik edilməlidir. Bununla bağlı təkliflər hələ qanun layihəsi formasında olmayıb”.
İqtisadçı hesab edir ki, mövcud vəziyyətdə 4 günlük iş həftəsinin tətbiqinə dair konkret hüquqi mexanizmin hazırlanması və qanunvericilikdə dəyişikliklərin edilməsi zəruridir.
Natiq Cəfərli ilin sonunadək Azərbaycanda 4 günlük iş rejiminə keçidin baş tutacağını gözləmir:
“Düşünmürəm ki, ilin sonuna qədər Azərbaycanda 4 günlük iş rejimi tətbiq olunsun. Çünki bunun üçün ilk növbədə qanunvericilikdə müvafiq dəyişikliklər edilməli, iş rejiminin hüquqi əsasları müəyyənləşdirilməlidir. Hazırda isə bu istiqamətdə konkret qanun layihəsi və ya rəsmi dəyişiklik təklifi yoxdur. Ona görə də yaxın müddətdə belə bir keçidin reallaşacağını gözləmirəm”.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 21 Sentyabr 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















