İliyana Yotova Azərbaycana səfər Liderlər Sammitində iştirak etmək üçün
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Bolqarıstan Prezidenti İliyana Yotova Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyası (WUF13) çərçivəsində Liderlər Sammitində iştirak etmək üçün 17-19 may tarixlərində Azərbaycana səfər edəcək.
Bu barədə Bolqarıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, onun səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Liderlərin sammiti ilk dəfə WUF çərçivəsində mayın 18-də keçiriləcək.
İ.Yotova səfər çərçivəsində Azərbaycan Prezidenti ilə görüşəcək.
Bolqarıstan nümayəndə heyətinin tərkibinə Veliko-Tırnovo meri, Bolqarıstanın Milli Bələdiyyələr Assosiasiyasının İdarə Heyətinin sədri Daniel Panov da daxil olacaq. WUF13-də həmçinin Bolqarıstanın müxtəlif bölgələrindən yerli hakimiyyət nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 16 May 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















