Icma.az
close
up
RU
İlk açıqlama Netanyahudan gəldi, ordu qanlı planını açıqladı

İlk açıqlama Netanyahudan gəldi, ordu qanlı planını açıqladı

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

ABŞ mediası İsrail rəsmilərinə istinadən, Qəzza şəhərinə qarşı yeni və genişmiqyaslı hücumun başladığını bildirib.

Turkustan.az xəbər verir ki, məlumatlara görə, İsrail tankları Qəzza şəhərinə daxil olub, hava hücumları isə daha da intensivləşib.
Səhər saatlarından bəri davam edən hücumlar nəticəsində azı 38 fələstinli, onlardan 35-i birbaşa Qəzza şəhərində, həyatını itirib.
Netanyahudan ilk açıqlama
İsrailin baş naziri Benyamin Netanyahu əməliyyatlardan sonra verdiyi ilk bəyanatda bildirib:
“Qəzzada əhəmiyyətli bir əməliyyat başlatdıq. İsrail dövləti bu mübarizənin kritik mərhələsindədir və bunun nəticələri olacaq.”
Netanyahu həmçinin bugünkü korrupsiya məhkəməsində azad edilməsini istəyib.
Quru hücumuna üç diviziya cəlb olunub
İsrail ordusunun yaydığı yazılı açıqlamada bildirilir ki, Qəzza şəhərinə quru hücumu bir gecə əvvəl başlayıb. Hücumda hazırda iki hərbi diviziya iştirak edir, üçüncü diviziyanın isə yaxın günlərdə qoşulacağı gözlənilir.
Hücumların şəhərin kənar hissələrindən başladığı və yaxın günlərdə Qəzzanın tam mühasirəyə alınmasının planlaşdırıldığı qeyd olunub.
Qəzza sakinlərinə "məcburi təxliyə" çağırışı
İsrail ordusu Qəzza şəhərinin mülki əhalisinə “məcburi təxliyə” çağırışı edib. Açıqlamada şəhərin “təhlükəli müharibə zonasına çevrildiyi” və insanların bölgəni dərhal tərk etməli olduqları bildirilib.
Qəzzanı yaşanmaz hala salmaq cəhdi
İsrailin hücumlarının əsas məqsədlərindən birinin Qəzzanı yaşayış üçün yararsız hala salmaq və fələstinliləri kütləvi şəkildə köç etməyə məcbur etmək olduğu vurğulanır.
Tarixdə “Nəkbə” (Böyük Fəlakət) kimi tanınan zorakı köçürülmələrin ağrılı xatirələrini hələ də daşıyan fələstinlilər bir daha öz torpaqlarından zorla çıxarılmaq istəmirlər.
Buna görə də minlərlə insan, İsrailin bombardmanlarına və aclığa baxmayaraq, Qəzza sahillərində çadırlarda yaşamağa davam edir.
Çünki onlar bilirlər ki, Qəzzanın cənubuna qaçsalar, şimala geri dönə bilməyəcəklər. İsrailin dəfələrlə verdiyi “evakuasiya bildirişləri”ndə bu barədə heç bir təminat yer almır.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri