Icma.az
close
up
RU
İlk baharda dünyaya gəlib…

İlk baharda dünyaya gəlib…

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Həmid Herisçi- 65

Onun öz aləmi var. Hər təfəkkürün dərk edə bilməyəcəyi, hər ağılın anlamayacağı, sirlərlə dolu bir aləm. O, hər adam üçün danışmır, onu yalnız ariflər anlaya bilir. Ətrafında xeyli adam olsa da, milyonların arasında təkdir, tənhadır. Bəli, başqa bir bəşərdir Həmid Herisçi. Öz missiyası olan və bunu özü də yaxşı bilən bəşər. Onun miqyasını daha sonra yaxşı başa düşəcəklər...
Deyir ki:- “Mən, heç vaxt məşhurluğu sevməmişəm. Məmin poetik və fəlsəfi təfəkkürüm gizlində qalmağı sevən təfəkkürdür. Çox sevinirəm ki, haqqımda mətbuatda çox bəsit məlumat var. Həyatımı heç kim də bilmir. Bir söz deyə bilərəm ki, mən çox ciddi siyasi xadim ailəsində doğulmuşam. Bu çox şeyi həll edib. Mən ciddi inqilabçıların arasında böyümüşəm, onların sevimlisi olmuşam. İran Kommunist Partiyasının rəhbəri rəhmətlik İrəc İskəndəri bizim ailəvi dostumuz olub. O, mənim təfəkkürümü qiymətləndirib. Mən Allah yolunda olmuşam. Sevinirəm ki, məni yaxşı tanımırlar. Çünki məni tanısalar təhrif oluna bilərəm. Ümumiyyətlə, mənə elə gəlir ki, ciddi adamlar çox tanınmaq istəməzlər…”
Sərrast atıcı kimidir. İnsanların qəlblərini üzlərindən oxuya bilir, necə deyərlər, kimin hansı yuvanın quşu olduğunu bəsirət gözlərilə görməyi bacarır. Hadisələrə baxan kimi düzgün rəy verməyə qadirdir. Qarşılaşdığı bütün məsələlərdə ortaq nöqtəni tapmaqda çətinlik çəkmir. Bütün bunları ona fədailiyi öyrədir, fədaidir. Sadəliyə, azadlığa çox üstünlük verir. Bununla da o, öz xüsusi təfəkkürünü qoruyub saxlaya bilir. Bir sözlə, o, təkcə Azərbaycanın yox, dünya vətandaşıdır...
“Mən sirləri tapmaq tərəfdarıyam. Bütün yaradıcılığımda da çalışmışam ki, kimisənin bilmədiyi, çox həlledici məsələləri tapıb göstərə bilim. “Damğa”, “Dəli Kür” romanlarımda, çoxlu sayda yazdığm esselərimdə, şeirlərimdə həmişə ona doğru can atmışam. Xülasə, sirlər xəzinəsini axtarıram. Bəzən insanlar Stepan Razinin Pirallahı adasında gizlətdiyi xəzinəni, bəziləri Cavad xanın xəzinəsini axtarır. Mən də Nizaminin dediyi “Sirlər xəzinəsi”ni tapmaq üçün çalışıram. Mənim istər publisistikam, istərsə də şeirlərim həmişə diqqət mərkəzində olub. Hətta “Facebook”-da da ətrafımda diqqətçəkici adamlar çoxdur. Hesab edirəm ki, “Facebook” yeni bir inqilabdır. Mən modernizmi sevirəm. Postmodern daha acı bir məsələ idi. Konsperologiyanı Azərbaycan təfəkkürünə mən gətirmişəm. Bunu çox adam bilir. Azərbaycanda aparıcı ədəbi-fəlsəfi cərəyanları həmişə təqdim eləməyə çalışmışam.”- söyləyir.
1960-cı il, aprelin 30-da Bakı şəhərində anadan olub. Əslən Təbriz yaxınlığındakı Heris bölgəsindəndir. Böyrəkləri xəstə olduğu üçün yeddi yaşından Moskvada- SSRİ Elmlər Akademiyasının Pediatriya İnstitutuna yerləşdirilib və orta təhsilini həmin institutun nəzdində fəaliyyət göstərən məktəbdə alıb. Sonra Bakıya dönərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Nekroloq", "Əli və Nino", “Solaxay” adlı postmodern üslubda yazılmış irihəcmli romanların və “SSRİ”, “Konspiroloq”, “Portretlər”, “Sekond hənd-ikinci həyat”, “Hekayələr”, “İki səmanın qartalı” şeir və hekayə kitablarının müəllifidir...
Deyir ki:- “Başqalarının fikrinə həmişə hörmət eləmişəm. Amma mənim üçün bu fikirlər həlledici olmayıb. Qərarı özüm vermişəm. Heç vaxt başqa fikirləri özümün alın yazım hesab etməmişəm. Mənim nəsrim öz nəsrimdir, mənim şeirim öz şeirimdir. Bu mənim öz publisistikamdır. Televiziya layihələrim də özümə məxsusdur. Nə var özümünküdür. Mənim nəsrim, şeirim orijinaldır. Bununla da mən seçilirəm. Mən həmişə yeni söz demişəm. Son layihəm mətbuatda portret yazılarımdır.”
Xeyli kitab mütaliə edib, çox müəllifin əsərlərindən məlumatlıdır. Xoşuna gəldiyi Azərbaycan ədibləri isə Sabir Əhmədli və İsa Hüseynovdur. Onların əsərlərini həmişə sevə-sevə oxuyub. Onun üçün “Beşmərtəbəli binanın altıncı mərtəbəsi”ndən Sabir Əhmədlinin “Yasaq edilmiş oyun” romanı daha maraqlıdır. Qəribə yazıçıdır, yazdıqlarını ənənəvi qəliblərə salmağı xoşlamır. Bu da qəhrəmanlarını, qələmə aldığı hadisələri daha yaxşı təsvir etməyə imkan verir. İmanına, inancına isə söz ola bilməz. Allaha məhəbbəti sonsuzdur. Özünü əsl müsəlman hesab edir…
“Mən Şah İsmayıl xəttinin müsəlmanıyam. Özümü Şah İsmayıl misteriyasının nəvəsi sayıram. Mən ona meyilli adam olmuşam. Həm də o, uşaqlıqdan padşah olub. Onun uşaq təfəkkürü mənə çox maraqlı olub. Mən uşaq təfəkkürünü yaşlı təfəkküründən mənalı bilirəm. Mənim üçün bunun ilk modeli İsmayılın 13 yaşında taxt-taca sahib olmasıdır. Azərbaycanda uşaq təfəkkürü XVI əsrdə hakimiyyətə gəlib. Uşağın müdrikliyində şüuraltı olaraq o biri dünyanın təcrübəsi var, ixtiyar adamların müdrikliyində yalnız bu dünyanın təcrübəsi olur. Emprik təfəkkür. Mən intuiktiv təfəkkürü seçirəm.”- söyləyir.
Bəli, onun öz aləmi var. Mistik, sirli, çoxuna pünhan olan aləm. Orada baş verənləri anlamaq üçün, gərək özün də bir aləm olasan…
…İlk baharda dünyaya gəlib. Ömrünün 65-ci baharını yaşayır…
Çox yaşasın!

Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Aprel 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see588

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see347

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see310

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see273

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see270

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see257

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see254

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see230

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see226

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see222

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see220

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see217

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see215

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see208

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see200

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see199

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see193

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see188

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see182

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri