Icma.az
close
up
RU
İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm Saakaşvili

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm Saakaşvili

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hesab edirəm ki, mənim prezidentliyimin əsas nailiyyətlərindən biri Gürcüstan azərbaycanlılarının hüquqi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağımdır. Onlara qarşı həyata keçirilən reketçiliyə son qoydum. Onlar üçün həm Gürcüstanda, həm də xaricdə ali təhsil almaq imkanlarının qapısını açdım, onlara qarşı iqtisadi və hüquqi ayrı-seçkiliyinə son qoydum.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“Mən onlara dövlət dilini - gürcü dilini, eləcə də amerikalı müəllimlərin iştirakı ilə həyata keçirilən proqram vasitəsilə ingilis dilini öyrənmək imkanı yaratdım. Tarixdə ilk dəfə olaraq onların “tatar” adlandırılmasına son qoydum və bu gün həmin termin yalnız çox marginal dairələrdə işlədilir. Mən azərbaycanlılarımızı xüsusilə sevirəm. “Mən” sözünü tez-tez işlətməyimə görə məni qınamayın, çünki bu, məhz mənim şəxsi təşəbbüsüm və böyük səylərimlə bağlı məsələ idi. Onlar da mənə hər zaman yalnız minnətdarlıq və sevgi ilə cavab verirdilər.

İndi isə vaxtilə ictimai fəal olmuş Samirə Bayramovaya demək istəyirəm: biz bütün dinlərin qorunduğu dünyəvi ölkəyik və bu ənənə hələ Qurucu Davidin dövründən gəlir. O, kilsələrlə yanaşı, məscidlərdə də dua edir və hamını bərabər şəkildə qoruyurdu. Gürcüstanda dini mənsubiyyətə görə ayrı-seçkilik qadağandır”, - o bildirib.

Saakaşvili qeyd edib ki, o, heç vaxt radikal islamizmi İslamla eyniləşdirməyib:

“Radikal islamizm bütün dünya, o cümlədən bizim üçün çox təhlükəlidir, çünki həqiqətən də terrorizm, zorakılıq və müharibələrlə əlaqəlidir. İslama isə hörmətlə yanaşırıq. Prezidentliyim dövründə də radikal islamçılara qarşı mübarizə aparmışam və gələcəkdə də həmişə onlara qarşı çıxacam, bu təhlükəni kökündən aradan qaldıracam. Məhz mən prezidentliyimin ilk illərində Gürcüstanda geniş yayılmış vəhhabilik cərəyanının kökünü kəsmişəm. Bu, bütün gürcülərin, o cümlədən Gürcüstan azərbaycanlılarının müdafiəsi üçün zəruridir.

Hicab, məsələn, İranda zülm alətinə çevrilib. İranda “əxlaq polisi”nin polis bölməsində işgəncə verərək öldürdüyü gənc qadını (Məhsa Əmini) xatırlayın. Məktəbli qızlara hicabın məcburi şəkildə geyindirilməsi ailələri tərəfindən həyata keçirilən zorakılıqdan başqa bir şey deyil. Əgər biz bunu qanuniləşdirsək, onda hansı maneə qalacaq ki, hansısa ağlını itirmiş ailə bunun İslam doktrinasına uyğun olduğunu düşünüb 9 yaşlı uşağın evləndirilməsini də qanuniləşdirməyə çalışmasın?”.

O vurğulayıb ki, İran son illərdə Gürcüstanda radikal islamizmin yayılması üçün hər vasitəyə əl atır:

“Bu istiqamətdə fəaliyyət göstərən “dini-təhsil” müəssisələrini maliyyələşdirir. Bəli, mən bu maliyyələşmənin qarşısını almaq, əsl İslamla heç bir əlaqəsi olmayan bu cür müəssisələri bağlamaq və İran agentlərini zərərsizləşdirmək niyyətindəyəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Oktyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri