İlk dəfə insanda aşkarlanan virus ölümə səbəb oldu
Icma.az, Adelet.az saytına istinadən bildirir.
Fransada, əsasən, heyvanlarda rast gəlinən Şamonda virusuna ilk dəfə insanda yoluxma halı aşkarlanıb. Oktyabrın əvvəlində Lion şəhərində vəfat edən xəstənin virusa ağcaqanad sancması nəticəsində yoluxduğu deyilir.
Adalet.az xəbər verir ki, Fransa Səhiyyə Nazirliyi xəstənin başqa bir ciddi xəstəlikdən müalicə aldığını və virusla əlaqəli nevroloji ağırlaşmalar keçirmiş ola biləcəyini bildirib.
Rəsmilər hadisənin immun sistemi ciddi zəifləmiş şəxsdə baş verdiyini və hazırda ictimaiyyət üçün risk olmadığını vurğulayıblar.
Əsasən, mal-qarada rast gəlinən virus ağcaqanadlar vasitəsilə yayıla, qoyun, keçi, alpaka və atlara da yoluxa bilər.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi virusun insana necə keçdiyini araşdırır. İyulun sonlarından etibarən virus Avropanın bir sıra ölkələrində ferma heyvanlarında aşkarlanıb. Hadisə ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına da məlumat verilib.
Baxış sayı:90
Bu xəbər 23 Oktyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















