İlk dəfə işə başlayanlara sağlamlıq arayışı rüsumsuz verilsin TƏKLİF
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bəzi kateqoriya şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ilk dəfə əmək fəaliyyətinə başlayanlar üçün sağlamlıq arayışının rüsum ödənilmədən verilməsi üçün təklif edilir.
Bakupost.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında əks olunub.
Belə ki, işə qəbul zamanı tələb olunan sağlamlıq haqqında arayış tibbi göstəriş əsasında olduğu üçün ödənişli olmayıb, profilaktik müayinə olduğu və icbari tibbi sığorta təminatına daxil olmadığı üçün ödənişlidir. Bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laboratoriya müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib. Sağlamlıq haqqında arayışlara terapevt, cerrah, nevropatoloq, oftalmoloq, otorinolaringoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya və qanın ümumi analizi daxildir.
Hesabata əsasən, bu məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi təklif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 13 Mart 2026 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















