İlk dəfə Nyu Yorkun meri bir müsəlman ola bilər FOTO
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Noyabrda Nyu-York (ABŞ) meri seçkiləri üçün Demokratlar Partiyasının praymerizində az tanınan ştat senatoru Zoran Mamdani keçmiş qubernator Endryu Kuomonu məğlub edərək sürpriz qələbə qazanıb.
Gununsesi.info xəbər verir ki, Kuomo məğlubiyyətini etiraf etsə də, payızda keçiriləcək ümumi seçkidə müstəqil namizəd kimi iştirakını istisna etməyib.
33 yaşlı demokrat-sosialist Mamdani solçu şüarlar üzərində kampaniya aparıb: pulsuz ictimai nəqliyyat, müəyyən növ mənzillərin icarə haqqının dondurulması, şəhərin ən varlı sakinləri üçün vergi artımı. O, həmçinin təcrid olunmuş icmalar – miqrantlar, irqi azlıqlar, müsəlman icmaları, aztəminatlılar və sair üçün ədaləti müdafiə edib.
Kampaniya zamanı müntəzəm olaraq məscidlərə baş çəkib və dəfələrlə emosional çıxışlar edib.
Yerli KİV-in fikrincə, səsvermənin nəticələri şəhərin yaxın tarixində ən böyük sürpriz olub. Mamdani Nyu-York meri seçkilərində qalib gəlsə, bu vəzifəni tutan ilk müsəlman olacaq.
Keçmiş demokrat, indi müstəqil olaraq namizədliyini irəli sürən hazırkı mer Erik Adams praymerizdə iştirak etməyib. Respublikaçılar isə partiyadaxili səsvermə olmadan radio aparıcısı Kürtis Slivi namizəd kimi irəli sürüblər.
Ənənəvi olaraq, Demokratların praymerizinin qalibi Nyu-York meri olmaq üçün hər cür şansa malikdir.
Seçkilər 2025-ci il noyabrın 4-də keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 25 İyun 2025 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















