Icma.az
close
up
RU
“İlk hissədə niyə oynaya bilmədiyimizi anlamırıq”

“İlk hissədə niyə oynaya bilmədiyimizi anlamırıq”

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Azərbaycan Premyer Liqasının XVII turunun “Turan Tovuz” – “Sumqayıt” oyunundan (2:1) sonra qonaq komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– İlk hissəni çox pis keçirdik. Standart vəziyyətlərdə problemimiz oldu və rəqib bundan istifadə etdi. Ancaq onu da qeyd edim ki, bəzi epizodlarda bəxtimiz də gətirdi. İkinci hissədə yaxşı oynamağımıza baxmayaraq, oyunu dəyişə bilmədik. Birinci hissədə pis oynamağımıza baxmayaraq, Ramalinqom təkbətək epizod yaxaladı, amma vura bilmədi. Belə matçlarda iki hissədə də yaxşı oynamaq lazımdır ki, qələbə qazanasan.

– Müdafiədə və qapı xəttində problem var…
– Müdafiəçi gətirmişik. Problemi bilirik və müzakirələrimiz olub. Oyunçu tapmaq asan deyil. Bu işləri davam etdirməli, yaxşı oyun göstərməliyik.

– Rüstəm Əhmədzadənin yoxluğu sistemə necə təsir etdi?
– Bəli, problemlər yarandı. Amma nə edə bilərik? Sarı vərəqə cəzalısı idi.

– Fasilədə Saşa İliç hansı tapşırıqları verdi?
– İlk hissədə niyə oynaya bilmədiyimizi anlamırıq. Hazırladığımız oyun ikinci hissədəki idi. Lakin hər dəfə “Turan Tovuz”un standart vəziyyətləri problemlər yaradırdı və reaksiya verə bilmirdik. Düzü, səbəbi bilmirəm. İlk hissədə niyə belə oldu, bilmirik.

– Tapşırıqlar yetərli deyildi, ya icraçılar düzgün yerinə yetirmirdi?
– Ola bilər ki, fasilədən sonra adaptasiya üçün vaxt lazım olsun. Amma dəqiq cavab verə bilmirəm. Rəqib autlardan da təhlükə yarada bilirdi.

Aleksa Yankoviç sonradan oyuna daxil oldu və dinamika artdı. Onu ilk hissədə meydana buraxmadığınız üçün peşmansınız?
– Yankoviç bizimçün vacib oyunçudur. 7 gün idi, məşq etmirdi. Səbuhi Abdullazadənin də sağlıq durumu yaxşı deyil. Bir də, Rüstəmin də yoxluğunu qeyd etmək lazımdır. “Turan Tovuz”a qarşı itkilərlə çıxmaq problem yaradır. Onlar ikili mübarizədə çox güclüdürlər.

– Yeni transfer Beskorovoyni bildiyimizə görə, formasından çox uzaqdır. 
– Komanda ilə cəmi 2 məşqə çıxıb. Bugünkü oyuna hazır ola bilməzdi. Ümid edirəm ki, bizə kömək edə bilər.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Yanvar 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri