Icma.az
close
up
RU
İlk məktəb həkimi, cümhuriyyət qurucusu... TARİX

İlk məktəb həkimi, cümhuriyyət qurucusu... TARİX

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəhram bəy Axundovun həyatının bəzi qaranlıq səhifələri araşdırmalardan kənar qalıb 

Bu günədək şəxsiyyəti və fəaliyyəti haqqında cəmiyyətimizdə kifayət qədər məlumatlar olmayan, öz dövrünün ictimai-siyasi xadimi və tanınmış məktəb həkimi Bəhram bəy Mirzə Cəfər bəy oğlu Axundov barəsində arxivlərdə kifayət qədər məlumatlar var. Təəssüf ki, bu məlumatlar sistemləşdirilməyib və tədqiqatdan kənarda qalıb. 

Dövlət Tarix Arxivinin “Bakı 2-ci kişi gimnaziyası” adlı fondunda Bəhram bəy Mirzə Cəfər bəy oğlu Axundovun şəxsi işi qayğı ilə qorunub saxlanılır.

ADTA-nın “Bakı 2-ci kişi gimnaziyası” adlı fondunda saxlanılan sənədlərə əsaslanaraq qeyd etmək olar ki, Bəhram bəy Mirzə Cəfər bəy oğlu Axundov 1872-ci il fevralın 6-da Şuşada dünyaya göz açıb. Dini məzhəbinə görə müsəlman olan B.Axundov 4-cü dərəcəli Şir və Günəş Fars ordeni alan azərbaycanlı aydındır. O, ildə 600 rubl vəsait alıb.  


B.Axundov 15 iyun 1892-ci il tarixdə Şuşa real məktəbində imtahanları müvəffəqiyyətlə verərək şəhadətnamə alıb. Daha sonra o, Parisə yollanıb, orada Sorbon Universitetində kurs keçərək 31 iyul 1894-cü il tarixdə müvafiq şəhadətnaməyə layiq görülüb. 

B.Axundov həmçinin Fransanın Lill universitetində təbiyyat fakültəsi üzrə kursda mühazirələr dinləyib, sonra imtahanlardan müvəffəqiyyətlə keçərək 1896-cı il noyabrın 13-də təbiyyat elmləri üzrə şəhadətnamə alıb. O, daha sonra Fransada Lill universitetinin tibb fakültəsində təlim və tədrik keçərək həmin kursu tibb doktoru rütbəsində başa vurub, 1901-ci il oktyabrın 2-də müvafiq olaraq diploma layiq görülüb. B.Axundov 26 iyul 1903-cü il tarixli fərmana uyğun olaraq Təbrizdə 1902-1903-cü illərdə Şah həzrətlərinin sarayının həkimi vəzifəsində çalışıb. Xeyli müddət keçdikdən sonra isə B.Axundov 1904-cü ildə İmperator Xarkov Universiteti nəzdindəki Tibbi İmtahan Komissiyasının sınağından müvəffəqiyyətlə keçərək  həkim (lekar) statusunu qazanıb və 22 iyun 1904-cü il tarixində diplom ala bilib. 

B.Axundov həyatının sonrakı illərində Bakı şəhərində yerləşən “Bakı ikinci kişi gimnaziyası” adlı məktəbdə həkim vəzifəsində çalışıb. B.Axundov Mariya Selestina Emilyevna ilə ailə həyatı qurub və onun bu evlilikdən iki övladı dünyaya gəlib. 

Onun ilk övladı Əli bəy 12 oktyabr 1908-ci ildə, qızı Tura xanım isə 25 dekabr 1909-cu ildə doğulub. Arxiv sənədində Bəhram bəy Axundovun övladlarının müsəlman dininə mənsub olduğu qeyd edilir.

Arxivin “Bakı üçüncü qadın gimnaziyası” adlı fondunda B.Axundovun M.L. Poqrebnoyun direktor olduğu Bakı üçüncü qadın gimnaziyasının Pedaqoji Şurasının sədrinə ünvanladığı 8 iyul 1913-cü il tarixli ərizəsi qayğı ilə qorunub saxlanılır.

Gimnaziyanın Pedaqoji Şurasının sədrinə ünvanladığı həmin ərizədə B.Axundov qeyd edirdi: "Sizə həvalə edilmiş gimnaziyada mənə məktəb həkimi vəzifəsinin verilməsini siz cənablardan xahiş edirəm. Bununla yanaşı əlavə edirəm ki, mən 1910-cu ildən etibarən “Bakı ikinci kişi gimnaziyası”nın həkimi vəzifəsində işləyirəm və hazırda mənim sənədlərim oradadır. İxtisasım – daxili, uşaq və əsəb xəstəlikləridir. Xahiş edirəm mənim təcrübəm haqqında  Bakı Şəhər İdarəsinin həkimi V.D.Jitkovdan, şəxsiyyətim haqqında məni yaxşı tanıyan cənab İritskidən, həmçinin mənim üzvü və xəzinədarı olduğum vərəmlə mübarizə üzrə Qafqaz Cəmiyyətinin Bakı şöbəsinin sədri, Bakı Şəhər İdarəsi rəisinin həyat yoldaşı Y.Q.Martınovadan soruşun”. B.Axundovun Bakı üçüncü qadın gimnaziyasına həkim vəzifəsinə qəbul edilib-edilmədiyi barədə məlumat aşkar etmək mümkün olmayıb. Çox güman ki, həmin vaxtları o hələ kişi gimnaziyasında həkim vəzifəsində fəaliyyətini davam etdirib.

B.Axundov 20 əsrin əvvəllərində Bakının ictimai həyatında fəal iştirak edib, "Nicat” və "Səfa" xeyriyyə cəmiyyətlərinin üzvü olub. Azərbaycan Xalq Cümhuriyyəti  dövründə Parlamentə seçilib, bitərəflər fraksiyasını təmsil edib. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən B.Axundova xaricə təhsil almağa gedən tələbələrin sağlamlığına nəzarət etmək tapşırığı verilib. O, bu vəzifənin öhdəsindən layiqincə gəlib və seçilmiş gənclərin təhsil almaq üçün müvəffəqiyyətlə xarici ölkələrə yola salıb. 

1920-ci ilin aprelində Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından sonra B.Axundov müxtəlif səhiyyə müəssisələrində həkim işləyib, "Əmək qəhrəmanı" adına layiq görülüb. Bəhram bəy Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Xalq Komissarları Şurasının, 1920-1925-ci illərdə isə Dövlət Sığorta İdarəsinin savadlı, tanınmış həkimi olub. Bəhram bəy Axundov 1932-ci ildə Bakıda vəfat edib. 

XX əsrin I yarısında sağlam və savadlı azərbaycanlı gənclərin yetişdirilməsində görkəmli ictimai-siyasi xadimlərimizlə yanaşı, B.Axundovun da xidmətləri xalqımız tərəfindən unudulmur, böyük hörmət və ehtiramla yad edilir.


Rafiq Səfərov, 

Azərbaycan Milli Arxiv İdarəsinin baş məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2024 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri