Icma.az
close
up
RU
İlk Məktəblərarası Süni İntellekt Olimpiadası

İlk Məktəblərarası Süni İntellekt Olimpiadası

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda ilk dəfə olaraq məktəblərarası süni intellekt üzrə olimpiadanın keçirilib. Yarışmanın təşəbbüskarı gənc istedad Cüneyd Qənbərov ölkəmizin elm və texnologiya sahəsində gələcək vəd edən simalarından biridir.

ADA Məktəbinin 10-cu sinif şagirdi olan Cüneyd Qənbərov uzun müddətdir ki, proqramlaşdırma və süni intellekt sahələrində fəal çalışır. O, 12 yaşından etibarən kodlaşdırma ilə maraqlanır və artıq 2 ildir ki, müxtəlif səviyyəli yarış və olimpiadalarda iştirak edir. Son bir il ərzində Cüneyd riyaziyyat, kodlaşdırma və süni intellekt üzrə beynəlxalq müsabiqələrdə ölkəmizi layiqincə təmsil edərək, 30-a yaxın medal – qızıl, gümüş və bürünc – qazanıb. 

Onun uğurları sırasında ən diqqətçəkənlərindən biri bu ilin fevralında Tailandın paytaxtı Banqkok şəhərində keçirilmiş “International Math Challenge”  olimpiadasında qızıl medal əldə etməsidir. Həmin olimpiadada Azərbaycan 16 nəfərlik şagird heyəti ilə təmsil olunub və yalnız Cüneyd qızıl əyarlı medala layiq görülüb. Bundan əlavə, o, ABŞ-nin təşkil süni intellekt üzrə beynəlxalq olimpiadada da qızıl medal qazanaraq dünya reytinqində 3-cü yerə yüksəlib.   

Bu uğurlar Cüneyd üçün təkcə nailiyyət deyil, eyni zamanda, daha böyük  məqsədlərə doğru yolun başlanğıcıdır. Gənc proqramçı süni intellekt sahəsində beynəlxalq praktikanın Azərbaycanda da geniş tətbiqinə nail olmaq istəyir. Bu məqsədlə, o, ölkəmizdə ilk dəfə məktəblərarası süni intellekt olimpiadasının keçirilməsinə təşəbbüs göstərib və bu ideyasını gerçəkləşdirib. ADA Məktəbi rəhbərliyinin, həmçinin “Star Colleges” təhsil platformasının dəstəyi ilə təşkil olunan respublika səviyyəli bu olimpiada 5–11-ci sinif şagirdlərini əhatə edib. Yarışmanın əsas məqsədi şagirdlərin süni intellekt texnologiyalarına marağının artırılması, onların bacarıqlarının üzə çıxarılması və beynəlxalq standartlara uyğun biliklərin əldə olunmasıdır. Olimpiadada Azərbaycanla yanaşı, 6 xarici ölkədən iştirakçılar da mübarizə aparıblar. Mükafatlandırma tədbiri srağagün ADA məktəbində tyəşkil olunub. Qaliblər müvafiq medallarla təltif ediliblər. İnamla vurğulanıb ki, Azərbaycanda ilk dəfə olaraq bu cür genişmiqyaslı tədbirin keçirilməsinə təşəbbüs göstərən Cüneyd Qənbərovun fəaliyyəti gənclər arasında elmi-texniki yaradıcılığın inkişafına böyük təkan verəcək.

Yarışın qalib və mükafatçıları Sumqayıt şəhəri, 27 saylı tam orta məktəbin 8-ci sinif şagirdi Ülvi Xudaverdiyev (qızıl medal), S.Ə.Şirvani adına Zərdab rayon İsaqbağı kənd orta məktəbinin 11-ci sinif şagirdi Mənsur Rəhimli (gümüş medal) və ADA məktəbi 10-cu sinif şaghirdi Yusif Seyidov (bürünc medal) olublar. 

Valeh Kazımlı (Bakı şəhəri Kaspi liseyi, 11 ci sinif), Abdulla Abdullazadə (Ağdaş rayonu, Ləki qəsəbəsi, 6 saylı tam orta məktəb, 11-ci sinif), Həsən Ələkbərzadə-Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini, 10-cu sinif), Eldar Həmidov (Suqayıt şəhəri, 29 saylı orta məktəb, 9-cu sinif), Yusif Ələkbərov (Şirvan şəhər, 11 saylı orta məktəb, 11-ci sinif), Leyla Əsgərli (Bakı şəhəri, 291 saylı Ekologiya liseyi, 8-ci sinif), Murad Mirzəyev (Bakı şəhəri, 23 saylı orta məktəb, 8-ci sinif), Əkbər Bağırov (Gəncə şəhəri, FRİTL, 10-cu sinif), Kənan Yaqubov (Gəncə şəhəri, M. Mehdizadə adına 4 saylı xarici dil təmayüllü lisey, 8-ci sinif) və Orxan Adıgözəlov (Bakı şəhəri, Türk Dünyası Bakı Atatürk Liseyi, 9-cu sinif) olimpiadanın fəxri mükafatçıları adını qazanıblar. 

Ziyarət Cabarova-Qəhrəmanova,

sənətşünas, Prezident təqaüdçüsü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri