Icma.az
close
up
RU
İlk müstəqil Olimpiya təmsilçiliyimiz

İlk müstəqil Olimpiya təmsilçiliyimiz

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Atlanta Olimpiadası – 1996

Bu tarixi hadisə 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində keçirilmiş XXVI Yay Olimpiya Oyunlarına təsadüf etmişdir. İyulun 19-da starta çıxıb, avqustun 6-da finişə çatmış Olimpiadada respublikamızın şərəfini 23 idmançı qorumuşdur. Onda Azərbaycan komandasının 197 ölkə arasında 61-ci yeri tutmasına çoxları həsəd apara bilərdi. Oyunlarda medal qazanmış ölkələrin siyahısında 136 dövlət təmsilçimizdən geri qalmışdı.

İlk dəfə müstəqil şəkildə, milli bayrağımız altında çıxış edən Azərbaycan komandasının çox qürurverici medalı respublikamızda zəngin ənənələri olan idman növündə qazanması isə xüsusilə əlamətdar idi. Olimpiya oyunlarının qalib və mükafatçılarının siyahısında özünə layiqli yer etmiş sərbəst güləş ustası Namiq Abdullayevin 52 kq çəki dərəcəsində yalnız finalda uduzub, çıxışlarını fəxri kürsünün gümüş pilləsində başa vurması onun Olimpiya oyunları proqramında həmişə böyük maraqla gözlənilən yarışa mükəmməl hazırlığının bəhrəsi idi.

Ölkənin ən yaxşı idmançılarının 30 il əvvəl Zuğulbadakı "Gənclik" kompleksindən okeanın o tayına yolasalınma mərasimində Azərbaycan Prezidenti Heydər Əliyev komandamızın ilk dəfə müstəqil respublikanın təmsilçisi kimi Olimpiya oyunlarında iştirakını çox mühüm hadisə adlandırmışdı. Nümayəndə heyətimiz Atlantadan qayıtdıqdan sonra isə Ümummilli lider olimpiyaçıları Prezident Sarayında qəbul edib, onlara minnətdarlığını bildirdi, N.Abdullayevin gümüş medalının müstəsna əhəmiyyətini yüksək qiymətləndirdi, onu qızıl medala bərabər tutdu.

Müstəqil Azərbaycan Respublikasının beynəlxalq Olimpiya Hərəkatında nümunəvi dövlət kimi tanınmasında, onun ümumdünya olimpiyaçılar ailəsinin ən hörmətli üzvlərindən birinə çevrilməsində müdrik siyasəti və yorulmaz fəaliyyəti ilə mühüm rol oynamış Heydər Əliyevin həmvətənləri məhz dövlət səviyyəsində onlara göstərilən daimi qayğı və diqqət sayəsində Atlanta Olimpiadasından 4 il sonra "Sidney–2000"də bir daha dünyanı heyrətləndirdilər. Həm də daha çox!

N.Abdullayevin Atlanta gümüşünü Avstraliyada qızıla çevirməsi, stend atıcısı Zemfira Meftahətdinovanın da Sidneydən Bakıya çempion kimi qayıtması, boksçu Vüqar Ələkbərovun bürünc medalı XXVII Olimpiadanın finişində ölkəmizi 34-cü yerə yüksəltmişdi.

Azərbaycan dövlətinin, Milli Olimpiya Komitəsinin hərtərəfli köməyi ilə əhatə olunmuş ölkə idmanının, Olimpiya Hərəkatının uğurları həm də idman təşkilatlarımızın yarışlara hazırlıq prosesində vahid komanda şəklində məqsədyönlü və səmərəli fəaliyyətinin nəticəsi idi.

Milli komandamızın Yay Olimpiya Oyunlarında ilk dəfə Atlantada müstəqil ölkəmizin bayrağı altında çıxış etməsinin 30 illiyi haqqında danışarkən MOK prezidenti İlham Əliyevin respublikada Olimpiya Hərəkatına rəhbərliyinin 30-cu ili ərəfəsində olduğumuzu da qeyd edək.

Tezliklə 1997-ci il iyulun 31-də İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin Baş Məclisində yekdilliklə MOK prezidenti seçilməsinin 29-cu ili tamam olacaq. Bütün bu illər ərzində beynəlxalq dairələrdə də dəfələrlə etiraf olunduğu kimi, hazırda qüdrətli idman dövləti olan Azərbaycan Respublikasında Olimpiya Hərəkatı inamlı addımlar sayəsində böyük uğurlara, tarixi qələbələrə nail olmuşdur.

İndi biz Azərbaycan idmanı nümayəndələrinin 1996-cı ildə Atlantada XXVI Olimpiya Oyunlarında iştirakını xoş duyğularla xatırladığımız günlərdə 2028-ci ildə də Olimpiadanın iyulun ikinci yarısında ABŞ-da təşkil olunacağını, bu dəfə Oyunların Los-Anceles şəhərində keçiriləcəyini də yada salmaq olar.

Dünyanın hər yerində ən yaxşı idmançıların XXXIV Yay Olimpiya Oyunlarına hazırlığının birinci yarısı artıq arxada qalmışdır. Daha iki il keçəcək və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) bayrağı altında birləşmiş 200-dən çox dövlətin idmançıları, o cümlədən müstəqil Azərbaycan Respublikasının təmsilçiləri yenidən ali bayramlarında görüşəcəklər. Bütün planetimiz yenə 17 gün ərzində, indiki futbol Mundialında olduğu kimi, gecə və gündüz olimpiya medalları uğrunda kəskin rəqabətdən əsl zövq alacaq. Səbirsizliklə gözləməyə dəyər!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri