“İlk növbədə onları dinləmək istəyirik” Lavrovdan Səudiyyədəki görüşlə bağlı mühüm açıqlama KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
ABŞ Dövlət Departamentinin rəsmisi Tammi Brüs bildirib ki, dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Valz və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff Rusiya nümayəndə heyəti ilə fevralın 18-də Səudiyyə Ərəbistanında görüşəcək.
KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bundan əvvəl Marko Rubionun artıq Səudiyyə Ərəbistanına gəldiyi bildirilirdi. Rusiyanı isə danışıqlarda xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edəcək.
Lavrov bildirib ki, Rusiya nümayəndə heyətinin əsas vəzifəsi Amerikanın təkliflərini dinləməkdir:
“Biz həmişə tərəfdaşlarımızın təklifi ilə danışıqlara gedəndə ilk növbədə onları dinləmək istəyirik”, – deyə Lavrov vurğulayıb.
Vəli Həsənoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 18 Fevral 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















