Icma.az
close
up
RU
İlk onluqda birinci olan sahibkarın inanılmaz əməlləri Milyonlarla pul...

İlk onluqda birinci olan sahibkarın inanılmaz əməlləri Milyonlarla pul...

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə saxlanılan şəxslər barəsində məhkəmə prosesi olub.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə iş üzrə baxış iclası keçirilib.

Təqsirləndirilən Elvin Şirinovun müdafiəçisi vəsatətlə çıxış edərək məhkəmələrin qapalı keçirilməsini istəyib. Digər müdafiəçilər də ittiham aktında kommersiya sirlərinin olduğunu əsas gətirərək eyni vəsatətlə çıxış ediblər.

Məhkəmə vəsatəti əsassız sayaraq qəbul etməyib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib:

“Hidayətov Zöhrab Raqub oğlu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda belə razılıq olmadan xüsusilə külli miqdarda gəlir əldə etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xüsusilə külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirərək qaçaqmalçılıq cinayəti törətmişdir.

O, 1 yanvar 2022-ci il tarixindən 24 dekabr 2023-cü il tarixinədək olan müddət ərzində Xudat, Bərdə, Yevlax, həmçinin 25 dekabr 2023-cü il tarixində Xudat, Xaçmaz, Bərdə və digər rayonlarda dövlət qeydiyyatına alınmadan kənd təsərrüfatı istehsalçılarından, bu sahədə qeyri-rəsmi gömrük broker xidməti göstərən şəxslərdən 1 nəqliyyat vasitəsi, yəni yük avtomobili, vaqon üçün 100 manat məbləğində qeyri-rəsmi haqq müqabilində sonuncuların kənd təsərrüfatı məhsullarının vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyata alınmasını təmin etdiyi Şirinov Elvin Valeh oğlunun və Hümbətov Qaçqın Şura oğlunun adından ixrac edilməsini təşkil edib, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ümumilikdə 1 559 400 manat məbləğində xüsusi külli miqdarda gəlir əldə edib.

E.Şirinov və Q.Hümbətovla qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin məhsulların ixrac üçün ərazi gömrük orqanlarına mallar barədə sahiblik, sərəncam vermə hüquqlarını təsdiq edən sənədlərdə həmin məhsulların guya E.Şirinov və Q.Hümbətova məxsus olmalarına dair qeydlər aparmaqla, müvafiq sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməyərək 326 milyon 69 min 684 manat məbləğində xüsusilə külli miqdarda malları Azərbaycan Respublikasının Gömrük sərhəddindən xarici ölkələrə keçirməklə qaçaqmalçılıq əməlləri törətmişdir".

Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı özlərini təqsirli bilib etirafedici ifadələr vermələrinə baxmayaraq, məhkəmə zamanı elan olunan ittihamla tam razılaşmayıblar.

Məhkəmə şahid ifadəsi ilə davam edib.

Məhkəməyə şahid kimi dəvət olunmuş şəxs ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını, iş materiallarına əlavə olunmuş gömrük sənədlərində təqsirləndirilən şəxslərin guya ondan kənd təsərrüfatı məhsulunu satın alıb xaricə ixrac etdikləri göstərilsə də o, heç kimə mal satmadığını, həmin şəxslərlə iş birliyinin olmadığını və bu şəxslərin belə saxta sənədlər tərtib etdiklərindən xəbərsiz olduğunu göstərib.

Daha sonra məhkəmə iclasa gəlməyən digər şahidlərin məhkəməyə məcbur gətirilməsi barədə qərar qəbul etmişdir.

Növbəti məhkəmə prosesi 2025-ci il yanvarın 16-na təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.

Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”larına əsasən, əvvəllər, məsələn, 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.

Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmamış, “kiçik bir torpaq sahəsi belə olmayan” 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilmişdi.

DTX-də aparılan istintaqla müəyyən olunub ki, Elvin Şirinov digər təqsirləndirilən şəxs Zöhrab Hidayətov tərəfindən qurulmuş kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir.

Belə maxinasiyalar ilə xarici valyuta ölkədən kənd təsərrüfatı mallarının satışı adı ilə çıxarılır. Lakin sonradan qanunvericiliyin tələblərinə zidd olaraq ölkəyə geri qaytarılmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 28 Dekabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see255

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see233

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see168

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see159

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see148

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see128

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see125

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri