Icma.az
close
up
RU
İlk qlobal nüvə savaşı Şərqdə başlamaq üzrədir: Asiya Ermənistanı dünyanı fəlakətə sürükləyir

İlk qlobal nüvə savaşı Şərqdə başlamaq üzrədir: Asiya Ermənistanı dünyanı fəlakətə sürükləyir

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pakistana qarşı ardıcıl hərbi təxribatları davam etdirən Hindistan genişmiqyaslı savaş törətməyə cəhd göstərir... Əgər, bu iki Asiya ölkəsi arasında müharibə başlasa, dünya nəhənglərinin savaşa birbaşa və ya dolayısı müdaxiləsi qaçılmaz olacaq...

Ölkə.az "Yeni Müsavat"a istinadən bildirir ki, Asiya qitəsində hərbi-siyasi gərginlik olduqca təhlükəli istiqamətlər almağa başlayıb. Belə ki, Pakistan və Hindistan arasında tarixi düşmənlik və Kəşmir üzərindəki ərazi mübahisəsi Cənubi Asiya regionunda daimi gərginlik mənbəyi olaraq qalır. Hər iki ölkənin nüvə silahına malik olması isə bu gərginliyi daha təhlükəli və qlobal miqyasda narahatlıq doğuran bir faktora çevirir. Bu baxımdan, Pakistan-Hindistan hərbi-siyasi qarşıdurmasının savaşa çevrilmə ehtimalı və beynəlxalq güclərin müəmmalı reaksiyası qeyri-müəyyən situasiyanı daha da dərinləşdirir.

Onu da qeyd etmək lazımdır ki, Pakistan və Hindistan arasında hərbi gərginlik davamlı xarakter daşıyır. Ancaq son vaxtlar baş verən sərhəd insidentləri, diplomatik qarşıdurmalar və terror aktları ucbatından artıq savaş ehtimalı ön plana keçməyə başlayıb. Halbuki, indiyə qədər bu iki qonşu ölkə arasında genişmiqyaslı müharibənin qarşısını əsasən, üç önəmli amil sayəsində almaq mümkün olurdu.

Savaş təhlükəsini bloklayan əsas faktor nüvə silahı ilə bağlıdır. Belə ki, həm Pakistan, həm də Hindistan nüvə başlıqlarına sahibdir. Ona görə də, hər iki ölkənin nüvə silahına malik olması qarşılıqlı məhv edilmə ehtimalını artırır və qarşıduran tərəfləri maksimum səviyyədə ehtiyatlı davranmağa vadar edir. Və nüvə faktoruna daha iki önəmli amilin təsirini də əlavə etdikdə, Asiyanın savaş təhlükəsindən indiyə qədər yayına bilməsinin əsas səbəbləri daha yaxşı anlaşılır.

Məsələ ondadır ki, beynəlxalq siyasi iradə mərkəzləri Pakistan və Hindistan arasında savaş ehtimalını bütün dünya üçün real təhlükə hesab edirlər. Ona görə də, hər iki ölkəyə sərt təzyiqlər göstərilir. Xüsusilə də, ABŞ, Çin, Rusiya kimi qlobal güclər Asiya qitəsində regional sabitliyi qorumaq üçün aktiv vasitəçilik edir. Və davamlı təzyiqlərə bağlı bu vasitəçilik prosesi hələlik effektiv xarakter daşıyır.

Digər tərəfdən, qarşıduran tərifləri genişmiqyaslı savaşdan çəkindirən amillərin sırasında İqtisadi maraqlar da yer almaqdadır. Belə ki, genişmiqyaslı müharibə həm Hindistan, həm də Pakistan üçün olduqca ağır iqtisadi nəticələr doğura bilər. Üstəlik, bəzi hesablamalara görə, bu iki dövlətin iqtisadiyyatları uzunmüddətli hərbi əməliyyatların yükünü çəkə biləcək potensiala malik deyil. Bununla belə, vaxtaşırı təkrarlanan ciddi sərhəd insidentləri, ölkədaxili siyasi təzyiqlər və ya genişmiqyaslı terror hücumları iki qonşu ölkə arasında müharibə riskini daim aktual saxlayır.

Təbii ki, savaşın bloklanmasında böyük təsir gücünə malik olan beynəlxalq siyasi iradə mərkəzlərinin savaş başlayacağı təqdirdə, verəcəkləri reaksiya genişmiqyaslı hərbi əməliyyatların inkişaf istiqamətlərində həlledici səviyyədə önəm daşıya bilər. Çünki əgər, Pakistan və Hindistan arasında müharibə başlasa, bu müharibənin yalnız regional deyil, eyni zamanda, beynəlxalq xarakterli hərbi-siyasi böhrana çevrilmə ehtimalı da mövcuddur. Və əsas qlobal güclərin maraqları baxımından, onların mümkün mövqeləri kəskin beynəlxalq ziddiyyətlərə də yol aça bilər.

Maraqlıdır ki, Çinin Hindistanla savaşda Çinə dəstək verə biləcəyi ehtimal olunur. Çünki Çin və Pakistan arasında strateji müttəfiqlik münasibətləri mövcuddur. Eyni zamanda, Çin-Pakistan iqtisadi əlaqələri hazırda yüksək səviyyədədir. Xüsusilə də, rəsmi Pekin üçün Çin-Pakistan İqtisadi Dəhlizinin fəaliyyəti strateji əhəmiyyət daşıyır. Və bu səbəbdən də, Çinin müharibə başlasa, Pakistana genişmiqyaslı siyasi və hərbi-texniki dəstək verə biləcəyi ehtimal olunur.

Digər tərəfdən,  ABŞ-ın da bu davaşa açıq müdaxilə edə biləcəyi qətiyyən istisna deyil. Belə ki, ABŞ son illərdə Hindistanla qarşılıqlı münasibətlərini maksimum həddə qədər gücləndirib. Bu münasibətlər çox istiqamətli olmaqla yanaşı, müdafiə və təhlükəsizlik, eləcə də, texnologiya sahələrini də əhatə edir. Halbuki, ABŞ Pakistanla da münasibətlərini hələlik tamamilə kəsməyib. Bu baxımdan, ABŞ savaşa birbaşa qatılmasa belə, Hindistana daha yaxın mövqe sərgiləyə və vasitəçilik missiyasına iddia edə bilər.

Rusiya isə Hindistanın ənənəvi olaraq, əsas silah tədarükçüsüdür. Ancaq Kremlin son illərdə Pakistanla da müəyyən strateji sahələr üzrə yaxınlaşdığı və əməkdaşlıq etdiyi müşahidə olunur. Bununla belə, Kremlin neytral qalmağa çalışacağı istisna olmasa da, hər halda, Rusiyanın da ABŞ kimi, Hindistana daha yaxın mövqedə olacağı ehtimal edilir. Və bu, ABŞ-Rusiya münasibətlərinin savaş dövründə necə olacağından da asılıdır.

Böyük Britaniyanın isə tarixi baxımdan, həm Pakistan, həm də Hindistanla sıx əlaqələri mövcuddur. Ancaq son illərdə Böyük Britaniyanın da Hindistanla ticarət əlaqələri və strateji əməkdaşlığı nisbətən dərinləşib. Ona görə də, müharibə başlasa, Böyük Britaniyanın rəsmi olaraq neytral, faktiki olaraq isə Hindistana yaxın mövqe tutacağı gözlənilir.

Avropa Birliyi və digər qlobal güclərin isə bu savaşa birbaşa müdaxilə etmədən, mümkün qədər məsafəli davranacaqlarını ehtimal etmək olar. Yəni, bu düşərgənin daha çox siyasi-diplomatik çağırışlar, sanksiyalar və humanitar yardım faktorları üzərindən reaksiya verə biləcəklərini təxmin etmək mümkündür. Eləcə də, formal olaraq, bu düşərgəyə daha yaxın olan Türkiyənin də Pakistanla "qardaş ölkə" münasibətlərinə görə yalnız siyasi-diplomatik dəstəklə kifayətlənəcəyi, birbaşa hərbi müdaxiləyə həvəs göstərməyəcəyi istisna deyil.

Bütün bunları nəzərə aldıqda, Pakistan və Hindistan arasında hərbi münaqişənin regional sabitlik ilə yanaşı, qlobal təhlükəsizliyə də neqativ təsir göstərə biləcəyi qətiyyən şübhə doğurmur. Müharibə ehtimalı tamamilə real olsa da, onu zəiflədən çoxsaylı faktorlar da mövcuddur. Ancaq əgər, qarşıdurma silahlı toqquşmaya çevrilərsə, dünya gücləri birbaşa deyil, daha çox dolayı yollarla – siyasi-diplomatik, iqtisadi və texnoloji vasitələrlə iştirakçıya çevrilmək məcburiyyətində qala bilər.

Ona görə də, həm regional, həm də qlobal güclərin hazırda əsas məqsədi daha çox hərbi-siyasi gərginliyin nəzarətdən çıxmasının qarşısını almaq, dialoq imkanlarını açmaqdır. Halbuki, hərbi təxribatları davam etdirən Hindistanın genişmiqyaslı savaş törətməyə can atdığı da qətiyyən diqqətdən yayınmır. Bu təxribatçı davranışları Hindistanı "Asiyanın Ermənistanı"na çevirməyə başlayıb. Və bu baxımdan, Asiyada nüvə savaşından yayınmağın o qədər də asan olmayacağını düşünmək olar.

Məsələ ondadır ki, Hindistanın ordusu canlı qüvvə üstünlüyünə malikdir. Pakistanın hərbi-siyasi rəhbərliyi bunun doğrura biləcəyi təhlükəni artıq nəzərə almağa başlayıb. Ona görə də, Pakistan öz nüvə başlıqlı raketlərini Hindistana doğru çevirdiyini rəsmən bəyan edib. Savaş meydanında qələbə şansını Hindistana vermək niyyətində olmayan Pakistan özünü qorumaq üçün məhz nüvə silahından istifadə etmək məcburiyyətində qala bilər. Bu halda isə dünyada ilk nüvə müharibəsinin məhz Asiyada başlaması qaçılmaz olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Aprel 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see246

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see237

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see199

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see189

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see161

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see142

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri