Icma.az
close
up
RU
Azərbaycan xalqı qələbəyə layiqdir ŞƏRH EDİLDİ

Azərbaycan xalqı qələbəyə layiqdir ŞƏRH EDİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"44 günlük müharibə və nəticədə qazanılan Qələbə Azərbaycan xalqının böyük qürur yeridir. Bu, həm mənəvi, həm də psixoloji əhəmiyyətə malik olan bir tarixdir və keçmişimizlə yanaşı, gələcəyimiz üçün də geniş perspektivlər açır. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də xalqın birlik və həmrəyliyinin, iradəsinin gücünü göstərən tarixi bir dönəmdir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

O bildirib ki, Azərbaycan xalqı bu Qələbəni uzun illər ürəyində daşıyırdı: "Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıdışı, xalqa müraciəti və daha sonra birinci Qarabağ müharibəsində keçirilən uğurlu Qaradiz əməliyyatı düşmənin atəşkəsə məcbur edilməsində mühüm rol oynamışdır. Azərbaycan sonradan özünün “şah əsəri” sayılacaq – Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi bir lider yetişdirdi və bu Qələbə onun rəhbərliyi ilə əldə edildi. Bu, həm də xalqın inamının və liderinə olan güvəninin nəticəsidir.

Ulu Öndər Heydər Əliyevin “Biz Şuşaya, Laçına və digər işğal olunmuş rayonlara qayıdacağıq” kəlamı xalqın ürəyində qələbə ruhunu daim alovlandırmışdı. Cənab Prezident İlham Əliyev bu siyasi irsi uğurla davam etdirərək bildirmişdi ki, Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq və bu torpaqlar mütləq azad olunacaq. Bu prinsipial mövqe xalqın milli ruhunu yüksəldmiş və hər bir vətəndaşda azadlıq əzmini möhkəmləndirmişdir. Tarix göstərir ki, bir xalqın həm yüksəlişi, həm də çətin dövrlərdən keçməsi liderlərdən asılıdır. Azərbaycanın da bugünkü inkişafı və qələbəsi Ulu Öndər Heydər Əliyev və onun siyasi davamçısı Prezident İlham Əliyevin uzaqgörən liderliyinin nəticəsidir. Dünyada müşahidə olunan münaqişələr, müharibələr və siyasi gərginliklər göstərir ki, liderin səriştəsi ölkənin taleyində həlledici rol oynayır.

Prezident İlham Əliyev hələ 2016-cı ilin Aprel döyüşlərindən sonra Azərbaycanın ordusunun qısa müddətdə ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu bəyan etmişdi. 44 günlük müharibə ilə bu bəyanat reallığa çevrildi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Sonrakı antiterror tədbirləri ilə isə dövlət suverenliyi tam təmin olundu. Bu, həm də Azərbaycanın müasir tarixində ordusunun gücünü və xalqın birliyini göstərən əlamətdar bir hadisədir. Ordunun 100 illiyinə həsr olunmuş paradda Prezidentin söylədiyi “Azərbaycan bayrağı bütün torpaqlarımızda dalğalanacaq” fikri bu gün artıq gerçəkləşmiş bir tarixdir. Bu, həm hərbi, həm də mənəvi qələbənin simvoludur və xalq üçün böyük fəxr mənbəyidir.

Qələbənin beşinci ildönümünə həsr olunmuş tədbirlər, paradda nümayiş olunan güc həm təntənə, həm də qürur mənbəyidir. Bu, şəhidlərimizə, qazilərimizə və bütün xalqımıza bir minnətdarlıq ifadəsidir. Eyni zamanda, bu parad düşmənə bir güc nümayişidir, dostlara isə sevinc və iftixar mənbəyidir.

Bugünkü paradlar və qeyd olunan tədbirlər göstərir ki, Azərbaycan xalqı şanslı xalqdır – çünki onu ən çətin günlərdə doğru yola çıxaran, işıqlı gələcəyə aparan güclü liderlərə sahib olub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün azad olunmuş torpaqlarda böyük quruculuq və bərpa işləri aparılır. İnsanlar 30 illik həsrətdən sonra doğma yurdlarına qayıdır, torpağına qovuşur, orada həyat yenidən canlanır və kəndlər, şəhərlər öz əvvəlki canlılığına qovuşur. Bu uğurlar, iqtisadi və siyasi sabitlik, dövlət idarəçiliyindəki düzgün qərarlar Azərbaycan xalqının əmin gələcəyini təmin edir. Bu xalq, bu dövlət daha da güclənəcək, daha da inkişaf edəcək və sabahın Azərbaycanı bu günkindən də güclü olacaq. Hər bir addım, hər bir layihə xalqın rifahına yönəlmiş strateji hədəfləri ifadə edir və gələcək nəsillər üçün örnək olacaqdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri