İlk spidometr bu avtomobildə quraşdırıldı FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
XX ərin əvvəli avtomobil sənayesinin qızğın inkişaf dövrüdür. Bu dövrdə edilmiş ixtiralar indi də müasir avtomobillərdə uğurla tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, sözügedən ixtiralardan biri də spidometrdir. Detal ilk dəfə 1901-ci ildə ABŞ-da “Oldsmobile Bliss” modelində quraşdırılıb. O dövrdə Konnektikut ştatında şəhərdaxili sürət 12 mil/saat, şəhər ətrafında isə 15 mil/saat idi. Maraqlısı budur ki, ştatda sürət həddini aşanlarla yanaşı, lüzumsuz yerə aşağı sürətlə hərəkət edənlər də cəzalandırılırdı.
1902-ci ildə isə alman mühəndis Otto Şults bizim gördüyümüz əqrəbli spidometri patentləşdirdi. Bu spidometr 20-ci əsrin əvvəllərinədək çox da ciddi dəyişikliyə məruz qalmadan bütün avtomobillərdə tətbiq edildi. Təxminən 20 il əvvəl isə yerini elektron spidometrə verdi.
Vüqar
Baxış sayı:58
Bu xəbər 11 Avqust 2025 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















