Icma.az
close
up
RU
İlk turun mənzərəsi: Ehtiyatlı oyun, “qısır” futbol

İlk turun mənzərəsi: Ehtiyatlı oyun, “qısır” futbol

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən həftənin cümə günü futbol üzrə XXXIV ölkə çempionatı start götürdü. Uzun fasilədən sonra azarkeşlər 12 komandalı çempionat izləyəcək. Bəs ilk tur necə yadda qaldı? Aşağıda qısa olaraq keçirilən oyunları təhlil edəcəyik.

"Karvan" - "Qəbələ" 1:1

Mövsümün açılış oyununda qollu bərabərlik qeyd alındı. "Qəbələ" hücum planında daha üstün görünsə də, nominal meydan sahibləri topa daha çox sahib olmaq istəyirdilər. Bundan başqa yevlaxlılar intizamlı oyunu da diqqət çəkdi. Kaxaber Tsxadadzenin yetirmələri isə xoşbəxtliyi rəqib qapısı önündə axtarır, daha açıq futbol sərgiləməklə yadda qaldılar. "Qırmızı-qaralar" ilk yarıda yaxaladıqları qol imkanlarından maksimum istifadə etsəydi, oyunun taleyini birinci hissə həll edə bilərdilər. Ancaq bunu bacarmadılar. Bəlkə nominal qonaqlar ilk oyun həyacanını üzərlərindən ata bilmədilər və bu üzdən yalnız 1 xalla kifayətləndilər.

"İmişli" - "Turan-Tovuz" 0:1

Oyundan öncə demək olar ki, hər kəs Qurban Berdıyevin komandasının nominal meydan sahiblərini asanlıqla məğlub edəcəyini düşünürdü. Lakin 90 dəqiqə göstərdi ki, Qərb təmsilçisi heç də düşünüldüyü kimi qorxulu, rəqibdən bir neçə baş üstün komanda deyil. "Boz qurdlar"ın qələbə qolunu əsas vaxta əlavə olunmuş 8-ci dəqiqədə vurması isə sadəcə xarakterin göstəricisidir. Tovuzlular Berdıyevin ənənvi "uzun ötürmə" taktikasına sadiq qalıb 3 xalı qazanmağı planlaşdırsa da, "İmişli"nin futbolçuları rəqibin oyununu "oxumağı" bacarırdı. Qərblilərin ifasında kəskin ötürmələr çatmırdı, hücumçular cərimə meydançasının daxilində "dişsiz" görünürdü. 

Bəlkə də ilk tur olduğu üçün tovuzlular bir qədər "çiy" təsir bağışladılar. Hər halda növbəti həftələrdə Berdıyevin komandasının nə dərəcədə iddialı olacağını görəcəyik. "İmişli"yə gəlincə, bu komanda barədə geniş fikir söyləmək olmur. Qarşıdakı turlar "pələnglər"i nəyə qadir oldğunu göstərəcək.

"Neftçi" - "Şamaxı" 1:1

"Ağ-qaralar" çempionatın ilk turunu qələbə ilə başa vurmalıydılar. Xüsusilə ikinci yarıda Samir Abasovun komandası həm topa nəzarət edir, həm də oyun üstünlüyünə malik idilər. Sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirdilər. Bəlkə də I tur aldadıcı ola bilər. Ancaq yeni mövsümün ilk oyunu göstərdi ki, ötən illə müqayisədə komanda daha yaxşı təsir bağışlayır. Futbolçular daha həvəsli görünür, qarşıya qoyulan məqsədə çatmaq üçün sona qədər mübarizə aparır.

"Sumqayıt" -  "Kəpəz" 3:0

Turun yeganə böyükhesablı qələbəsi "gənclər şəhəri"ndə qeydə alındı. "Kimyaçılar" matçın taleyini ilk hissədə artıq həll etdilər. Yeni transferlər heç də pis təsir bağışlamadılar. Saşa İliçin komandası hücum planında inamlı görünsələr də, təəssüf ki, eyni sözləri müdafiə barədə söyləmək çətindir. Düzdü, komanda "Kəpəz"lə matçda qapısında qol görmədi. Ancaq bu "kimyaçılar"ın müdafiə xəttinin yaxşı oyunundan çox, qonaqların hücum xəttinin zəif olmasından irəli gəldi. "Sumqayıt" yaxın vaxtlarda qeyd olunan problem aradan qaldırmasa, qarşıdakı turlarda bunun acısını çəkəcək.

Qonaqlar isə Sumqayıt səfərində çox sönük təsir bağışladılar. Adil Şükürovun komandasıistər müdafiədə, istərsə də hücumda zəif oyun nümayiş etdirməklə yadda qaldı. Xüsusi ilə sol cinah müdafiəçilərinin çox zəif olması diqqət çəkdi. İki qol birbaşa cinah keçidlərindən sonra, digəri isə sol cinah müdafiəçisinin qapıçı meydançasındakı səhvindən sonra vuruldu.

"Zirə" – "Araz-Naxçıvan" 1:1

Turun son oyunu barədə də geniş fikir yürütmək çətindir. İlk tur olduğundan hər iki komanda ehtiyatlı oyuna üstünlük verib, mövsümün ilk matçında məğlub olmaq istəmirdi. Bu üzdən 90 dəqiqə "sülh"lə başa çatdı.

Qeyd edək ki, ilk turda keçirilməli olan "Sabah" – Qarabağ" matçı təxirə salınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sport24.az
archiveBu xəbər 20 Avqust 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri