Icma.az
close
up
RU
İlk yardım göstərəndə etdiyimiz TƏHLÜKƏLİ SƏHVLƏR!

İlk yardım göstərəndə etdiyimiz TƏHLÜKƏLİ SƏHVLƏR!

Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər bir insan üçün ilk həkimə qədər yardım göstərilməsinin əsas qaydalarını bilmək çox vacibdir.

Saglamolun.az bildirir ki, həkimlər gələnə qədər düzgün göstərilmiş ilk yardım bir çox hallarda zərərçəkənin sağlamlığını və hətta həyatını xilas etməyə kömək edir. Lakin bəzən kömək etmək istəyən insanlar yalnış hərəkətləri ilə zərər çəkmiş insana ziyan vura bilər.

Bu səhvlərə yol verməyin:

1. Yol qəzası zamanı ilk növbədə "təcili tibbi yardım" çağırın, avtomobilin akkumulyatorunu söndürün. Əgər zərərçəkmiş insanda qanaxma varsa, onu dayandırmağa çalışın, onunla danışın. Zərərçəkəni avtomobildən çıxartmaq, dartmaq olmaz. Bununla siz bir çox hallarda nəinki kömək edə bilməyəcəksiniz, əksinə insana zərər verə bilərsiniz.

2. Əgər bayılma, epilepsiya tutması və s. zamanı insanın dili nəfəs yolunu tutarsa, dili zorla çıxartmaq, dartmaq, tutmaq olmaz. İnsanı sadəcə böyürü üstə qoyun və nəfəs yolu açılacaq.

3. Yanıq zamanı yanmış sahəni ilk növbədə soyuq suyun altında 15 dəqiqə ərzində saxlamaq lazımdır ki, istilik daha dərin getməsin. Yalnız bundan sonra yanmış sahəyə xüsusi krem (məsələn, "pantenol", "spasatel" və s.) çəkmək olar.

4. Əgər insanın hərarəti yüksəkdirsə, onu isti bürümək olmaz. Bu hərarətin daha da artmasına səbəb olacaq. Əksinə belə şərait yaratmaq lazımdır ki, artıq istilik ətraf mühitə çıxsın - ilıq vanna, açıq nəfəslik, yüngül paltar və yüngül ədyal.

5. Zəhərlənmə zamanı mədənin yuyulması tətbiq olunur. Bu halda 3-5 stəkan adi ilıq su istifadə edin. Marqan ("marqansovka") məhlulu bunun üçün istifadə etməyin. Marqan suda pis həll olunduqda onun kristalları mədəyə düşə bilər ki, nəticədə mədənin selikli qişasına ciddi ziyan dəyə bilər.

İnsan benzinlə, turşu və ya qələvi ilə zəhərlənmiş olarsa, heç bir halda qusma refleksi yaratmaq olmaz! Yenidən yemək borusuna qaytarılmış qusuntu kütlələri onu təkrarən yandıra bilərlər!

1 yaşına qədər olan uşaqlarda isə ümumiyyətlə, heç bir halda qusma refleksi yaratmaq olmaz – bu zaman onlar boğula bilərlər!

6. İnsanın boğazında qida qalıbsa, onun belinə vurmayın. Bununla ilişmiş tikəni daha da dərinə sala bilərsiniz.

7. Açıq yaralara spirt, "zelyonka", yod və s. vasitələri sürtmək olmaz. Yaranı 3%-li hidrogen peroksid məhlulu ilə yumaq (olmadıqda qaynanmış və ya təmiz içməli su ilə), sonra isə ətrafına yod və ya “zelyonka” çəkərək yaraya təzyiqedici (sıxıcı) sarıq qoymaq lazımdır.

8. Ürək tutması zamanı insanın belini ovxalamaq, insanı tərpətmək və s. olmaz. Dərhal "təcili yardım" çağırın! Xəstəni yarıoturaq uzandırın, təzyiq qalxıbsa dilin altına nitroqliserin həbi qoyun (təzyiq düşüb və ya təzyiqi ölçə bilmirsinizsə, bunu etməyin!), çeynəmək üçün aspirin verin.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri