İlk zəngin sədaları altında FOTOREPORTAJ
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
15 sentyabr 2025-ci ildə Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində yeni dərs ili başlayıb.
Bakıvaxtı.az-ın məlumatına görə, 2025/2026-cı tədris ilində 130 mindən çox uşaq birinci sinfə qəbul olunub. Həmçinin ali təhsilin bütün səviyyələrində 75 min tələbə təhsil almağa başlayıb.
Yeni dərs ilindən etibarən Bakı şəhərinin məktəblərində ənənəvi jurnallar ləğv edilərək onların yerinə “Rəqəmsal Məktəb” platforması istifadəyə verilib. Bu platforma vasitəsilə müəllimlər və valideynlər təhsil prosesini daha rahat izləyə biləcəklər.
Sentyabrın 15-də II–XI sinif şagirdləri üçün ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub. Dərs zamanı şagirdlərə Azərbaycanın suverenliyi və hüquqi dövlət prinsipləri barədə biliklər verilib.
Bu münasibətlə Bakıvaxtı.az-ın hazırladığı fotoreportajı təqdim edirik.
Fotolar: Mina Mikayılova


